Yaddas kitabcasi

Təntənə ilə qeyd olunan bayram

Mart ayının 7-də “Qala” şadlıq sarayında həyatımıza gözəllik qatan qadınların şərəfinə – 8 Mart – Beynəlxalq Qadınlar Gününün münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.Təntənə ilə qeyd olunan bayram
Təntənə ilə qeyd olunan bayram
Təntənə ilə qeyd olunan bayram
200 nəfərə qədər qadının təmsil olunduğu bayram şənliyini rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. O, Azərbaycan qadınları firavan yaşamaq, sevinmək, şadlanmaq, yaşadığı ölkə üçün qürur duymaq haqqını öz fədakar əməkləri, dövlətə, ailəyə sədaqətlə xidmət etmələri, Respublikanın ictimai həyatında fəal iştirakları ilə qazanıblar, Azərbaycan Respublikasının birinci xanımı, özünü beynəlxalq miqyasda əsil siyasət adamı kimi təsdiq etmiş Mehriban Əliyevanın Birinci vitse-prezident seçilməsi məhz bütövlükdə ölkə qadınlarına verilən ən böyük qiymət kimi dəyərləndirilir.
M.Sadıqov tədbirdə iştirak edən qadınların timsalında 8 Mart –“ Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayonun qadın və qızlarını ürəkdən təbrik edib, ölkəmizin inkişafında, ailə yaradıcılığında, vətənə layiq övladlar yetişdirməkdə onlara böyük uğurlar arzulayıb.
Şadlıq sarayına daxil olan qadınların hər birinə tər qızılgüllər təqdim olunub. Tədbir boyu qadınların şərəfinə çoxsaylı təbriklər səslənib. “Niyal” xalq çalğı alətləri ansanbılı şənliyə musiqi, mahnı, rəqs bəzəyi qatıb. İfaların hər biri alqışlarla qarşılanıb.
Müxtəlif mövzuda viktarinalar, şeir, mahnı, rəqs müsabiqəsi keçirilib. Müsabiqələrin fəallarına hədiyyələr təqdim olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz