Yaddas kitabcasi

Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 10 il keçir

2 mart 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və təhsil işçilərinin iştirakı ilə Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10 illik yubileyi münasibətilə maarifləndirmə tədbiri keçirilib.
Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 10 il keçir             Tədbirdə RİH başçısının birinci müavini Rövşən Ağayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, Ağsu Regional Miqrasiya İdarəsinin rəis müavini Nail Hüseynov və həmin idarənin məsul əməkdaşı Rəfail Hüseynov iştirak ediblər.
Tədbiri giriş sözü ilə RİH başçısının birinci müavini Rövşən Ağayev açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb və sözü Ağsu Regional Miqrasiya İdarəsinin rəis müavini Nail Hüseynova verib.
N.Hüseynov və R.Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə geniş məlumat verib və tədbir iştirakçılarının miqrasiya qanunvericiliyi ilə bağlı suallarını cavablandırıblar.
N.Kərimov

Şərh Yaz