Nümayəndə günü

2 mart 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində İƏD üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti seminar keçirilib.
Nümayəndə günü          Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov yazın gəlişi və Novruz bayramı ilə əlaqədar şəhər, qəsəbə və bütün kəndlərin ərazilərində iməciliklər keçirmək, təmizlik işləri aparmaq, hər bir sahədə səliqə-səhman yaratmaq, yol kənarlarında ağacların ağardılması və yaz şumunun aparılması barədə müvafiq tapşırıqları onların diqqətinə yetirib. Əhalinin tibbi müayinəsinin davam etdirilməsi və hamının tibbi müayinədən keçməsini təmin etmək üçün lazımı şəraitin yaradılması, icra nümayəndələri və bələdiyyə sədrlərinin hesabat yığıncaqlarında əhali tərəfindən qaldırılan problem və məsələlərin həlli ilə ciddi məşğul olmaları barədə rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyələrini icra nümayəndələri və bələdiyyə sədrlərinin diqqətinə çatdırıb.
Ehtiram Manafov

Şərh Yaz