Yadda saxla, balaca

8 Mart –“ Beynəlxalq Qadınlar Günü ərəfəsində Uşaq kitabxanasında İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, şəhər 1 saylı uşaq bağçası-körpələr evinin təşəbbüsü ilə “Yadda saxla, balaca” adlı maarifləndirici tədbir keçirilib. Г‡ıxışlarda balacalara həyatda vacib olan davranış qaydaları haqqında məlumatlar verilib.
Yadda saxla, balaca
Körpə fidanların iştirakı ilə təşkil edilmiş tədbirdə anaların şəninə şeirlər söylənilib, şən mahnılar oxunub. Balacaların etdiyi rəqslər bol tamaşaçı alqışı qazanıb.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva, RTŞ-nin metodisti Güllübəyim Cərullayeva, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanova çıxış edərək körpələrin, onları məktəbə, həyata hazırlayan müəllimlərinin əməyini yüksək qiymətləndiriblər.
Г‡ıxışların hər birində bu kimi maarifləndirici tədbirlərin müntəzəm keçirilməsinin zəruri olduğu vurğulanıb. Tədbir iştirakçılarına, gələcəyimiz olan uşaqlara sağlam həyat tərzi arzulanıb.
Sonda tədbirin gedişində fəallıq göstərən uşaqlara Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Elnarə Qasımova

Şərh Yaz