Analar vəsf olunub

7 mart 2017-ci il tarixdə İsmayıllı Rayon Gənclər Mərkəzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi ilə birgə məktəbli qızlar arasında 8 Mart – Beynalxalq Qadınlar Gününə həsr olunmuş şeir müsabiqəsi keçirib.
Analar vəsf olunub
Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb. O iştiraçkıları salamladıqdan sonra 8 Mart – Beynalxalq Qadınlar Günü münasibəti ilə tədbirdə iştirak edən qızları, onların timsalında bütün ana və bacıları – qadınları təbrik edib, onlara xoşbəxtlik, səadət, işlərində uğurlar arzulayıb.
Rayon Təhsil Şöbəsinin metodisti Nəriman Qəniyev də xoş arzularla çıxış edib. Müsabiqə iştiraçkılarına uğurlar diləyib.
İsmayıllı şəhərinin 1-7 nömrəli və Cülyan, Talıstan, Diyallı kənd tam orta məktəblərindən ümumilikdə 21 şagirdin iştirak etdiyi müsabiqədə anaları, Vətəni və baharı vəsf edən şeirlər səsləndirilib.
Münsiflər heyəti qismində Rayon Təhsil Şöbəsinin metodisti N.Qəniyev, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru X.Xalıqov, Gənclər və İdman İdarəsinin əməkdaşları Ş.Qafarova və X.Məmmədov səsləndirilən şeirləri qiymətləndiriblər. Daha yüksək bacarıq nümayiş etdirən 10 nəfər şagird Gənclər və İdman İdarəsinin Diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Şəhla Qafarova

Şərh Yaz