Azərbaycan şairləri özbək dilində

Bu yaxınlarda “Müasir Azərbaycan poeziyası antologiyası” –“ “Zamonaviy Ozarbaycon şeriyatı antologiyası” adlı kitab Daşkənd şəhərində işıq üzü görüb. Antologiya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, jurnalist Qulu Kəngərli, Mərkəzin işçiləri Anar Məmmədov və Polad Zeynalov kimi zəhmətsevən insanların diqqət və qayğısı sayəsində oxucularla görüşə bilib.
Azərbaycan şairləri özbək dilində
Özbəkistan-Azərbaycan dostluğunun dəyərli bəhrəsi olan bu kitaba Azərbaycanda kifayət qədər tanınan 27 şairin şeirləri daxil edilib. Sevindiricidir ki, kitaba qələm nümunələri daxil olunanlardan 2 nəfəri –“ Maarif Soltan və Şahməmməd Dağlaroğlu İsmayıllı rayonunun yetirməsidir.
Kitabda şeirləri yer alan müəllifləri təbrik edir, onların adından kitabın ərsəyə gəlməsində zəhməti olan həmyerlilərimizə, tərcümə işinə vaxt və bacarıq sərf etmiş tərcüməçilərə – Osman Kuckara, Səmadil Narqabilova və Şəhla Qasımovaya təşəkkür edirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz