Mikayılım ölmədi

Şəhid Mikayıl Vahabzadəyə

Əridi dağlarda qar,
Yaşıl geyindi çəmən.
Bənövşələr oyandı,
Ətir saçdı yasəmən.
Qayıtdı qaranquşlar,
Qayıtmadın bircə sən.
Açdı əkdiyi güllər,
Mikayılım dərmədi!
Bahar gəldi, ay ellər,
Mikayılım gəlmədi!
Mikayılım ölmədi
Arzusu ürəyində,
Yarımçıq qalan balam.
Baharın vurğunuydu,
Baharda solan balam.
Daha dözə bilmirəm,
Qaysaq tutmayır yaram.
Nəğmə dedi bülbülər,
Mikayılım dinmədi!
Bahar gəldi, ay ellər,
Mikayılım gəlmədi!

Xonça tutdu analar,
Yayıldı toy sədası.
Oynamaq dəlisiydin,
Dur, qol qaldır, qadası.
Bumuydu taleyimin,
Etibarı, vəfası?
Güldü dilsiz şəkillər,
Mikayılım gülmədi!
Bahar gəldi, ay ellər,
Mikayılım gəlmədi!

Gen dünyaya sığmırdın,
Necə sığdın məzara?
Atanı dərdə saldın,
Qardaşını azara.
Bəzənib bəy otağın,
Qapısında lent qara.
Toy xınalı ağ əllər,
Mikayılım görmədi!
Bahar gəldi, ay ellər,
Mikayılım gəlmədi!

Canından artıq bildi,
Vətənini, torpağı.
Sinəsin sipər etdi,
Güllə atanda yağı.
Tabutuna sərilən
O üç rəgli bayrağı,
Bəzədi qərəfillər,
Mikayılım bildədi.
Şəhid oldu, ay ellər,
Mikayılım ölmədi!
Bahar gəldi, ay ellər,
Mikayılım gəlmədi!
Turac Hilal

Şərh Yaz