“FÖVQƏLADƏ KOMİSSAR”IN SƏRGÜZƏŞTLƏRİ

Mart soyqırımı ilə bağlı düşüncələr
(Birinci yazı)
1918-ci ilin yazında rayonumuzun ərazisində Tatevos Əmiryanın başçılığı ilə erməni quldur dəstələrinin törətdiyi qətl və qarətlər sözün əsl mənasında soyqırımı xüsusi tədqiqata möhtacdır.
Azərbaycanlıların soyqırımı haqqında respublika Prezidentinin fərmanı tariximizin ən qanlı və qaranlıq səhifələrindən birinə yenidən işıq salınmasına yardım edən çox mühüm sənəddir. Əlbəttə, mart-aprel qırğınlarının yenidən araşdırılması o qədər də asan olmayacaqdır. Г‡ünki bu hadisələrdən az sonra Azərbaycan Demokratik Cümhuriyyətini devirərək hakimiyyəti ələ almış və əslində, xalqımızın soyqırımını törədənlərin varisləri olan bolşeviklər vaxtilə ADR-in başladığı bütün təhqiqatları dayandırdı və bu tabu, nə az-nə çox, düz yetmiş il davam elədi.  “FÖVQƏLADƏ KOMİSSAR”IN SƏRGÜZƏŞTLƏRİ
 “FÖVQƏLADƏ KOMİSSAR”IN SƏRGÜZƏŞTLƏRİ
 “FÖVQƏLADƏ KOMİSSAR”IN SƏRGÜZƏŞTLƏRİ
Həmin müddətdə isə 18-ci il hadisələrinin əks istiqamətdə yozulub təbliğ və təşviq olunması geniş vüsət aldı. Hakimiyyət eşalonunun bütün pillələrində uzun müddət özünə yer eləmiş cinayətkar erməni ünsürləri, onların əlaltıları və havadarları soyqırımın üzdə olan izlərini ciddi-cəhdlə silib təmizləməyə başladılar. Cəlladların “dost” və qardaş” obrazı yaradıldı. Xalqımızın başına gətirilmiş müsibətlərin əsas təşkilatçısı, marksist nəzəriyyəçi cildinə girmiş hiyləgər daşnak lideri Şaumyan “Qafqazın Lenini”, “proletar beynəlmiləlçisi”, hətta “Azərbaycan proletariatının xilaskarı” kimi təqdim edildi. Və bu cinayətkar ideyanı beyinlərə yeritmək üçün tarixçilər, ədəbiyyat və incəsənət xadimləri, bütün kütləvi informasiya vasitələri səfərbər olundu. Həmin müddətdə 18-ci il qırğınlarının canlı şahidləri və o faciəni yaşayanların əksəriyyəti dünyasını dəyişdi. Lakin erməni cinayətlərinin bütün izlərini süpürüb təmizləmək mümkün deyildi. Arxivlərdə və hələ də tək-tük qalan yaşlı nəsil nümayəndələrinin yaddaşında çox qiymətli məlumatlar qorunub saxlanılır. Yəqin ki, prezidentin fərmanından sonra 18-ci il soyqırımının işıqlandırılması və yeni faktların üzə çıxarılıb dünyaya çatdırılması üçün tarixçi, yazıçı və publisistlər fəaliyyətlərini artıracaqlar.
Yeri gəlmişkən qeyd edək ki, azərbaycanlıların soyqırımı ilə bağlı əsl tutarlı və etibarlı dəlillərin bir çoxu məhz bu cinayəti törədənlərin – bolşevik rəhbərlərinin “əsər”lərində (çıxışlarında, məqalələrində, teleqram və məktublarında və s.) özünə geniş yer tapmışdır. Bu faktlar ona görə daha çox etibarlı sayılır ki, onlar cəlladların öz dili, öz sözləri ilə etiraf edilir. Məsələn türk qanına yerikləyən daşnak lideri Şaumyanın “əsər”ləri buna parlaq misaldır. Onun vaxtilə Azərbaycan dilində çap edilmiş iki cildlik kitabının hər səhifəsini dişlərindən və dırnaqlarından türk-müsəlman qanı süzülən bu cəllada nifrət etmədən oxumaq mümkün deyil…
Bolşevik təbliğatının və təlim-tərbiyəsinin hipnozuna məruz qalmış sonrakı nəsillər güman edə bilərdi ki, 18-ci ildə doğrudan da Bakıda nəsə vətəndaş müharibəsi deyilən bir şey baş vermişdir və bu eyforiyanın təsiri nəticəsində onlar “komissar”ın söylədiklərinin sətiraltı hiyləgər mənalarını və bunların arxasında nəyin dayandığını duymaya da bilərdilər. Lakin çox şeyləri öz gözləri ilə görüb, öz qulaqları ilə eşidən yaşlı nəsil ziyalılarının bir çoxunun bu ermənipərəst xora qoşulması təəccüb doğurur. Belədə, adətən, qorxu sindromunu yada salırlar. Heydər Hüseynov taleyini misal gətirirlər. Heydər Hüseynov və başqaları həqiqəti gizlətməmək kimi bir fədakarlığın qurbanı oldular, lakin doğrunu deməkdən çəkinənlər əyrini də yazmaya bilərdilər axı…

“FÖVQƏLADƏ KOMİSSAR” KİM İDİ

Bəli, “fövqəladə komissar”ın əsərlərini dönə-dönə mütaliə edənlərin bir çoxu onun kim olduğunu anlaya bilməmişdilər. Şaumyanın yırtıcı siması, xüsusilə onun Leninin sərəncamı ilə “Qafqaz işləri üzrə fövqəladə komissar” təyin olunmasından sonra özünü daha qabarıq büruzə verdi. 17-ci ilin sonundan başlayaraq məqalə və çıxışlarını gözdən keçirməklə onun və ümumiyyətlə onun rəhbərliyi altında hər cür zümrədən olan ermənilərin 18-ci il mart hadisələrinə necə diqqətlə hazırlaşdıqlarını ardıcıllıqla izləmək mümkündür. Məqalə və çıxışlarının sətiraltı məzmunundan aydın görünür ki, bu yüksək titula sahib olduqdan sonra “fövqəladə komissar” bütün Qafqazı erməniləşdirməyi və bununla da, bütün dünya ermənilərinə yuxuda da rahatlıq verməyən “Böyük Ermənistan”ın rüşeyimlərini yaratmağı qarşısına məqsəd qoyur. Bu təyinatdan məlum olur ki, hiyləgər “fövqəladə komissar”ın əsas fəaliyyət məkanı ozamankı Zakfederasiyanın mərkəzi sayılan Tiflis şəhəri olmalı imiş. Və belə böyük bir vəzifənin sahibi “iş yeri”nə açıq-açığına birbaşa gəlməyə qorxduğu üçün gizli yollarla erməni kəndlərindən olan bələdçilərin köməyilə bir günlük yolu bir neçə günə gələrək özünü Tiflisə salmış, sonra meydana çıxaraq, vəsiqəsini göstərib, hər şeyə cavabdeh olan “fövqəladə komissar” olduğunu elan etmişdir. Lakin Tiflisdə onu layiqincə qarşılamışlar. Şəhərə ayaq basan kimi bildirmişlər ki, bir sutka ərzində buradan rədd olub getməsə, onu həbs edib cəzalandıracaqlar. Belə bir uğursuzluqdan quduzlaşan “fövqəladə komissar” 17-ci il dekabrın 28-də “Qafqaz ordusunun bütün əsgər şuralarına və komitələrinə, bütün əsgərlərinə müraciət”ində bəyan edir: “Qafqaz ordusunun hərbi inqilab komitəsi və şura müvəqqəti olaraq Bakıda yerləşəcəkdir”.

KOMİSSAR BAKINI HƏDƏF SEГ‡İR

Xatırladaq ki, əksəriyyəti erməni hərbi birləşmələrindən ibarət olan Qafqaz ordu şurasının sədrliyinə artıq 17-ci ilin dekabr ayında Korqanovun seçilməsi təmin edilmişdi. Bununla da, Şaumyanın bütün göstərişlərini yerinə yetirəcək bir “Qafqaz ordusu”nun yaradılması başa çatmış oldu. Beləliklə də, bütün Qafqazda terrorçuluqla məşğul olan erməni-daşnak quldur dəstələrinin axını Bakıya yönəldilir. Bakının qara günləri də elə bundan sonra başlandı. 15-ci il hadisələrindən sonra Türkiyədən qaçmış və Rusiya-Türkiyə cəbhəsində çar ordusunun əsas zərbə qüvvəsini təşkil edən cinayətkar erməni terrorçularının getdiyi qatarla “fövqəladə komissar”ın özü də Bakıya gəlib çıxır. Г‡ünki Brest sülhündən sonra müharibə dayandırılmışdı. Və bu müftəxor erməni tör-töküntülərini yedirib-saxlamağa Zakfederasiyanın ehtiyacı yox idi.
Г‡ox ibrətamizdir ki, bu “fövqəladə komissar”, bu “Qafqazın Lenini”, bu “marksist və “beynəlmiləlçi” daşnak hərbi birləşmələri ilə birlikdə zirehli qatarla Bakıya gəldiyi bütün yol boyunca azərbaycanlıların yaşayış məntəqələrini gülləbaran edə-edə irəliləyir. Silahsız azərbaycanlıların ən böyük qırğını isə Yevlax stansiyasında baş verir… “Komissar”ın bütün bu yaramazlıqları barədə məlumatların doğruluğuna əmin olmaq üçün başqa mənbələr axtarmağa ehtiyac yoxdur, bütün bunları onun kitabının 2-ci cildindən oxumaq olar.
Beləliklə, bütün Qafqazın fövqəladə komissarı missiyasını yerinə yetirməkdən məhrum edilən Şaumyan öz cinayətkar fəaliyyət mərkəzini Bakıya keçirir və “bizim” bolşeviklər tərəfındən hörmətlə qarşılanaraq, Bakının fövqəldiktatoruna çevrilir.

“FÖVQƏLKOMİSSAR”IN “VƏTƏNDAŞ MÜHARİBƏSİ”

Minlərlə yadellinin – ac və yalavac, silahlı və silahsız cinayətkar erməninin Bakıya cəmləşməsi dəhşətli bir mənzərə yaradır. Bütün bu erməni tör-töküntülərini yedirmək, Bakıda yerləşdirmək və “yerli əhali”yə çevirmək lazım idi. Bu arzusuna çatmaq üçün “komissar” olduqca qəddar planını həyata keçirməyə başlayır. İlk öncə yerli əhalini məhv etmək, sağ qalanlarını didərgin salmaq lazım idi. Lakin bunun üçün samballı bir bəhanə gərəkdi. Elə bu səbəbdən də Şaumyanın Bakıya gəldikdən sonra ilk təşəbbüsü “vətəndaş müharibəsi”nə çağırış şüarı oldu. O, öz cinayətkar planını nə qədər maskalamağa çalışsa da, bu şüarın məhz azərbaycanlıların soyqırımına hazırlıqdan başqa bir şey olmadığını gizlədə bilməmişdir.
Oktyabr çevrilişindən sonrakı ilk çağlarda Rusiyanı başdan-başa bürümüş vətəndaş müharibəsinin şölələrindən vəcdə gələn Şaumyan belə bir qırğını Bakıda və Azərbaycanın hər yerində törətmək üçün əldən-ayaqdan gedirdi. Məqalələrində, çıxışlarında, müraciət və bəyannamələrində tez-tez vətəndaş müharibəsinin vacibliyini vurğulayırdı. Ətraf kəndlərdə kəndliləri bir-birinin üstünə salışdırmaq üçün mülkədarların evlərini və torpaq sahələrini silah gücünə almağa təhrik edən müraciətnamələr yayırdı. Həm də məzmunundan aydınca hiss olunurdu ki, bu çağırışlar yalnız müsəlman kəndlilərinə ünvanlanmışdır. Bu kələk baş tutsaydı, onda Bakıda bekarçılıqdan darıxan erməni hərbi hissələrini “proletariatın müttəfiqi olan yoxsul kəndliləri müdafiə” adı altında Azərbaycan kəndlərini çapıb-talamaq üçün rahatca göndərə bilərdi.
Bəzi erməni kəndlərinə isə özü şəxsən baş çəkirdi. Həmin görüşlərdə öz soydaşları ilə nə barədə söhbət edirdisə, bir özünə bəlli idi, bir də onu dinləyənlərə. Hər halda, “varlı ermənilərin evlərini müsadirə edin” məsləhətini verməzdi. Г‡ünki bütün səfər boyu onu qonaq saxlayan da, müşayiət edən də erməni imkanlı təbəqələrinin nümayəndələri idi. Məsələn, tərcümeyi-halında yazıldığı kimi, 18-ci il yanvar ayının 7-dən 13-ə kimi gizli surətdə Gəncədə Mərvyanın mənzilində yaşamış və hər gün şəhərin müxtəlif məhəllələrində guya bolşevik təşkilatlarının (oxu: erməni terrorçularının) yığıncaqlarını keçirmişdir. Buradan da, Leninin Peterburqdan Kamo ilə göndərdiyi “fövqəladə komissar” vəsiqəsini almaq üçün erməni kəndlərinin birindən digərinə keçməklə gizli yollarla Tiflisə çatana kimi 10 gün vaxt sərf etmişdir.

SAQQALINI QIRXIB QAÇDI

“Komissar” öz mənfur “vətəndaş müharibəsi” planını əvvəlcə Tiflisdə həyata keçirməyə cəhd göstərmişdir. Korqanovun əksəriyyəti ermənilərdən ibarət olan on min nəfərlik ordusunu Zaqafqaziya Komissarlığını məhv etmək üçün döyüşə hazır vəziyyətə gətirmişdi. “Biz onları silah gücünə Sovet hökumətini tanımağa məcbur edə bilərik” –“ deyə, Leninə teleqram vuraraq, əməliyyata başlamaq üçün razılıq istəmişdir. Təbiidir ki, Lenin inqilabi hökumətin liderləri sırasında olan Stalin, Orconikidze kimi gürcülərin rəyi ilə hesablaşmadan Tiflisdə belə bir fitnəkarlığın onun adından həyata keçirilməsinə razılıq verə bilməzdi. Onlar isə çox gözəl başa düşürdülər ki, Şaumyanın “silah gücünə məcbur edə bilərik” sözlərinin arxasında nə kimi dəhşətlər dayanır. Sonradan gürcü müəlliflərinin qeyd etdikləri kimi, heyətində yerli əhalinin bir nəfər də nümayəndəsi olmayan “Qafqaz ordusu”nun Zaqafqaziya Komissarlığına hücumu baş tutsaydı, sonucu çox pis qurtaran bir qalmaqalla nəticələnə bilərdi.
Elə həmin gün “fövqəladə komissar”ın həbsi üçün order imzalanır. Canını qorumaq üçün saqqalını və bığlarını qırxdırıb tanış ermənilərin evində daldalanır. Bu bədbəxt “marksist”in əməlli-başlı bir “vətəndaş müharibəsiə törətməklə “Qafqazın Lenini”nə çevrilmək arzusu yenə ürəyində qalır. Lakin “komissar” ruhdan düşmədi. Bakıya qayıdanda yolboyu günahsız adamların qanını tökməklə Qafqazın əsl erməni tipli “Lenini” olduğunu sübuta yetirdi. Hələ az vaxtdan sonra törədiləcək Bakı qırğınının əsas cizgiləri də “rəhbərin” beynində hazır idi.

İNGİLİS KƏŞFİYYATININ PLANLARI

Onu da qeyd edək ki, Bakıda və Azərbaycanın digər qəzalarında vətəndaş qırğınlarının törənməsində maraqlı olan qüvvələr təkcə erməni millətçiləri ilə məhdudlaşmırdı. Nə yolla olursa olsun, Bakı neftini və Xəzər hövzəsini ələ keçirmək istəyən ingilislər və hadisələrin gedişi göstərdi ki, həm də Peterburq bolşevik hökuməti bu məsələdə Şaumyanla həmrəydirlər.
Həmin günlərdə ingilis qoşunlarının komandanı general-mayor Dnesterrvil yazırdı: “Zaqafqaziyada vəziyyət çoxdandır ki, ümidsizdir. (Britaniyanın mənafeyi baxımından – M.M.). Onlar əldən düşənədək bir-birini qırmalıdırlar, bəlkə belə olduqda, biz orda qayda-qanun yarada bildik”. Britaniyanın Bakıda konsulu və həm də çox yüksək peşəkarlığa malik kəşfiyyatçı Mak-Donell, generalın qeyd etdiyi kimi, “hadisələrin gedişinə arzu olunan istiqamətdə təsir göstərməyə imkan tapırdı…”.
Adı çəkilən Mak-Donell istefaya çıxdıqdan sonra öz xatirələrini yazıb. Bundan xəbərdar olan mütəxəssis alimlər həmin kitabı “Qafqazın bütün sirli hadisələrindən xəbəri olan adamın etirafı” adlandırmışlar. Təəssüf ki, tarixçilərimiz, “26-lar” adlandırılan kosmopolitlərin və xüsusən də kommuna başçılarının fəaliyyətlərinin bir çox qaranlıq cəhətlərini aydınlaşdırmağa kömək edə biləcək bu kitabdan faydalanmağa cəhd göstərməmişlər. Mikoyanın, Suren Şaumyanın və digər ermənilərin söylədikləri hədyanları saqqız kimi çeynəyib-çürütməkdən və cəlladların ünvanına inqilabi ritorika üslubunda mədhiyyə söyləməkdən savayı yeni bir söz söyləyə bilməmişlər.
Həmin Mak-Donell xatirələr kitabının bir yerində hələ oktyabr çevrilişindən əvvəlki illəri nəzərdə tutaraq yazır:
“…Bizi sonralar görkəmli rol oynayan… mühəndis Cavanşir, vəkil Serqo Arsen və xüsusən Şaumyan maraqlandırırdı. Şaumyanın həyatı sirlərlə əhatə olunmuşdu”.
Hadisələrin gedişi göstərdi ki, Britaniya kəşfiyyat idarəsi səhv etməmişdi. Onları “maraqlandıran” adamlar tezliklə yüksək səlahiyyətli şəxsiyyətlərə çevrildilər. Kitabın tam mətni əldə olmadığı üçün (Azərbaycan və rus dillərində tərcüməsi yoxdur) Şaumyan və digərləri ilə hansı yollarla casusluq əlaqələrinin qurulmasının təfsilatı barədə fikir yürütmək olmur. Lakin Dubinski-Muxadzenin yazılarında verilmiş ayrı-ayrı parçalardan məlum olur ki, komissarların hakimiyyəti dövründə həmin “vəkil” Serqo Arsen ingilis konsul-casusunun bütün tapşırıqlarını canla-başla yerinə yetirirmiş. Britaniya kəşfiyyatının “adamına” çevrilmiş Bakı hərbi polis rəisi də bütün cəncəl işlərdə konsula yardım göstərib haqqını alırmış. (Məsələn, Tehranda olan İngilis qoşunlarının komandanı ilə gizli telefon əlaqəsi yaratmaq üçün hərbi polis rəisinə 200 ingilis funtu verməsini xüsusi qeyd edir).
“Qafqazın fövqəladə komissarı”nın satqınlığını sübut edən ən maraqlı faktlardan biri budur ki, Azərbaycan Ordusu və türk qoşunları Bakıya yaxinlaşarkən aradan çıxmağa heç cür imkan tapa bilməyən Mak-Donell həmin Arsenin vasitəsilə Şaumyanla əlaqə saxlayır və “komissar”ların başçısı onu öz vaqonuna əyləşdirərək Ələt stansiyasına qədər müşayiət edir. Bu “qarışıq zamanda” özünün dilə-dişə düşəcəyindən ehtiyatlanan Şaumyan casusla vidalaşarkən ona “yaxşı yol” əvəzinə: “Bilmək istərdim ki, sizdə hansı cəhət daha çoxdur, ağıl, ya həyasızlıq” –“ deyə, söyləməyi də unutmur.

İNGİLİS CASUSU İLƏ EYNİ QATARDA

Bütün bu olaylar elə vaxtda baş verirdi ki, guya Şaumyanın əleyhdarları ingilisləri Bakıya dəvət etdiyi üçün o, öz komissar “silahdaşları” ilə birlikdə istefa vermişdi. Halbuki, başı vətəndaş müharibəsinə qarışmış Rusiyanın Bakı bolşeviklərinə tezliklə sanballı bir yardım edə bilməyəcəyinə əmin olduqdan sonra, şəhəri Azərbaycan Ordusuna və türklərə təslim etməsin deyə, ingilislərin çağırılmasını peşəkar casusa məxsus hiyləgərliklə Şaumyanın özünün təşkil etdiyini anlamaq üçün elə bir xüsusi fəhm tələb olunmur. Bu oyunlar həm də elə bir vaxtda baş verirdi ki, “komissar” öz “dahiyanə” çıxışlarında ağzı köpüklənə-köpüklənə ingilis imperializmini lənətləyir, eserləri, menşevikləri, müsavatçıları, hətta arabir daşnakları da ingilislərə nökərçilik etməkdə günahlandırırdı. Özü isə ingilis casusunun (oxu: öz şefinin) təhlükəsizliyini təmin etmək üçün onu qatarda müşayiət edirdi…
Hər halda, “fövqəladə komissar”ın ingilis konsul-casusu ilə ilk görüşü sözügedən kitabda əksini tapıb. Mak-Donell Tiflisdən keçib Bakıya getmək istərkən, başqa imkanı olmadığından, rus əsgərləri qiyafəsinə girmiş ermənilərin mindiyi qatarda yerləşməli olur. Yelizavetpolda (Gəncədə) Xan Xoyskinin adamları qatarı saxladıqda konsul həyəcanlanır. Г‡ünki: “… ventelyatorlar, güzgülərin arxası, dəlmə-deşiyin hamısı kağız pullarla dolu idi”. Lakin bu vaqonun üstündə İngiltərə bayrağı dalğalandığı üçün Xoyski axtarış aparılmamasına razılıq verir. “Biz ermənilərə döyüş sursatı və pul göndərdiyimizə görə, əlbəttə, üzr istədik. Lakin ən incə məsələdən hələ heç birimizin xəbəri yox idi. Uzun karvanımızın ortasındakı yük vaqonlarının birində… Şaumyan gedirdi. Saqqalını qırxmışdı. Kimsə ona əsgər şineli bağışlamışdı”.
Hələlik canının qorxusundan yük vaqonunda köhnə şinelə bürünərək erməni terrorçularına qarışıb maxorka sümürən “Qafqazın fövqəladə komissarı”, yəqin ki, Gəncə qəzasının sərhədləri arxada qaldıqdan sonra libasını dəyişib abırlı vaqonlardan birinə keçəcəkdi. Г‡ünki bu qəza onun həbsinə order vermiş Zaqafqaziya Komissarlığına baxırdı. Qarşıda isə Bakı Quberniyası –“ “fövqəldiktatorun” “öz malikanəsi” idi. Bəlkə ingilis casusu ilə ilk tanışlığı da elə bu vaqonda başlanıb. Lakin sonralar hər şeyi ətraflı müzakirə etdikləri konsulun xatirələrindən bəlli olur. 18-ci il martın son günlərində Bakının küçələrində müsəlman qanı sel kimi axanda “konsul-casus” şövqlə əllərini ovuşdurur:
“… Gözlədiyimiz gün, nəhayət ki, gəlib çatdı. Bakı qazanı partladı. Misli görünməmiş qırğın idi… Tatarları və “Dikaya diviziya”nı darmadağın etdilər. … Mən Şaumyanın yanına axşam getdim. Qapını kiçik oğlu açdı… ” və s. və i.a.
Bəli, bu sətirləri oxuyanda aydın olur ki, Bakı qırğınından 30 il sonra Londondakı ziyafətdə bizim nümayəndələrdən biri əsəbiləşərək “mənim babam olmuş 26-lar” –“ deyəndə Г‡örçill nə üçün hiyləgər bir təbəssümlə qımışırmış… Axı o, Şaumyanın ingilis konsul-casusu ilə “işbirliyi” qurduğu dövrdə, mart soyqırımı günlərində, hələ ondan neçə il sonra da Britaniyanın Dövlət nazirlərindən biri olmuşdur. Bakı Kommunası, onun “rəhbəri”nin gizli casusluq fəaliyyəti, habelə “komissar”ların sonrakı dumanlı taleyi barədə, yəqin ki, bizim hamımızın bildiyindən daha çox şey bilirdi…
 “FÖVQƏLADƏ KOMİSSAR”IN SƏRGÜZƏŞTLƏRİ
Məmməd Mirzə

Şərh Yaz