Г‡ərşənbələr

Yurdumuza əsrlərin sınağından çıxmış, mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir.
Ta qədimdən Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təmizlənməsinin simvolu hesab olunub. Xalqımız Novruz ərəfəsindəki çərşəkbələrə də xüsusi önəm verir.
Rəvayətə görə Tanrı ilk insanı –“ Adəmi torpağa su qataraq palçıqdan düzəldib, sonra ona isti nəfəs verib. Otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb.
Г‡ərşənbələr
Г‡ərşənbələr
Г‡ərşənbələr
Г‡ərşənbələr
Su çərşənbəsi
Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha qeyd olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxllik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, ”əvvəl çərşənbə”, “sular Novruzu”, “ gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.
Su üstündən atlanma, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və sair suya tapınma ilə bağlı olan ayinlərdir. İnanclara görə sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur. Su həyat mənbəyi, aydınlıq rəmzidir.
Ömrünüz su qədər uzun və pak olsun!
Od çərşənbəsi
Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə – od çərşənbəsi insanın yaradılışı prosesinin ikinci mərhələsinin od komponenti ilə bağlılığının təzahürüdür. Bu çərşənbə axşamı adətən od qalanır, tonqalın olması istilik rəmzidir. Od çərşənbəsi günü qazanlar qaynadılmalı, ocaqlar boş qalmamalıdır.
Vətənimiz Azərbaycanda oda hörmət qədim zamanlardan mövcuddur. Qədim insanın odu əldə etməsi bəşər tarixində dəyişikliklərə səbəb olub. Od çərşənbəsi axşamı hər evin qarşısında tonqal qalanır, həmin ilin isti, bərəkətli keçməsi üçün rəmzi olaraq qalanan tonqalın üstündən adlayarlar.
Dünyanın istilik mənbəyi olan Günəş, od, alov həmişə sevilib və bəzən də ilahi səviyyəyə yüksəldilib, sitayiş edilib. Oda tapınanların nümayəndələri hələ də yer üzündə qalmaqdadır. Od çərşənbəsində də digər çərşənbələrdə olduğu kimi süfrələr zəngin olmalıdır. Süfrənin zənginliyi, ilin bol ruzili keçəcəyindən xəbər verir.
Yel çərşənbəsi
Novruz bayramı ərəfəsində keçirilən yel çərşənbəsi də yaradılış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialının maddi əsasını təşkil edirsə od və yel isə materialın yaranmasında kənar vasitəçi kimi iştirak edir. Yaradılışla bağlı dörd ünsür mifində yaradılışın maddi əsası olaraq torpaq və su əsas götürülübsə bu materialın yaradılışa çevrilməsində təkan verən yel və oddur. Yaradılışda torpaq və su sabitlik, yel və od isə dinamiklik əlamətidir. Bu mənada od və hava birbaşa ilahi qüvvənin idarəsinin ifadəsi kimi çıxış edir. Qədim Türk mifoloji mətnlərində bu mifin məntiqindən irəli gələrək yel daha çox canlı, çevik bir varlıq kimi təsəvvür edilmişdir. Bu təsəvvürlər daha çox yel baba mifik obrazlarında canlanmışdır. bəzi hallarda mənfi çalarlarla xatırlanan yel baba Əksərən müsbət obrazda özünü göstərir.
Torpaq çərşənbəsi
Bu il martın 14-də qeyd olunan sonuncu – ilaxır çərşənbə oldu. Əvvəldə də qeyd etdiyimiz kimi torpaq insan yaradılışının maddi əsası olmaq etibarı ilə bu prosesdə son dərəcə əhəmiyyətli mövqeyə malikdir. Torpaq müqəddəsliyi Türk mifoloji görüşlərində geniş yer tapıb. Bununla bərabər torpaq anlayışı vətən, yurd, el-oba anlayışları ilə yanaşı adı gedən, buna görə də adı müqəddəsləşən anlayışdır. Novruzun gəlişi ilə torpaq oyanır. Bu dirilmə, canlanma əlamətidir.
Bu oyanışla, canlanma ilə sanki, insanlara da yeni ruh, yeni həvəs gəlir. Onlar yeni ilin bol ruzisinin əsasını yaratmaq üçün ana torpaqda daha həvəslə çalışırlar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz