Məsuliyyətli ovçuluq – biomüxtəlifliyin keşiyində

İsmayıllı Peşə Tədris Mərkəzində İDEA ictimai birliyinin təşəbbüsü ilə “Məsuliyyətli ovçuluq – biomüxtəlifliyin keşiyində” layihəsi çərçivəsində yerli sakin və ovçular üçün seminar keçirilib.
İctimai maarifləndirmə layihəsinin icrasına 2016-cı ilin iyun ayında İDEA-nın təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Xüsusi Dövlət Mühafizə Xidməti yanında Hərbi Ovçuluq İttifaqı və Regional İnkişaf ictimai birliyinin tərəfdaşlığı ilə başlanıb.
Məsuliyyətli ovçuluq - biomüxtəlifliyin keşiyində        Seminarda layihənin icraçı tərəfdaşları, Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun nümayəndələri, rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də ətraf mühit üzrə müstəqil ekspertlər iştirak ediblər.
Seminar iştirakçılarına layihənin mahiyyəti, ov mövsümü və ovçuluq haqqında qanunlar, Azərbaycan təbiəti, qanunsuz ovçuluq və tətbiq edilən cərimələr, ovçuluqda etik qaydalar, “Qırmızı kitab”a daxil olan və ov əhəmiyyətli heyvanlar haqqında təqdimatlar olunub və müzakirələr aparılıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd ovçularda təbiətə qarşı məsuliyyətli davranışı təşviq etmək, ovlanması qadağan edilmiş fauna növlərinin öldürülməsi və ovçuluq fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi hallarının qarşısının alınmasıdır. Layihə çərçivəsində məsuliyyətli ovçuluqla bağlı ictimaiyyət, xüsusilə ovçular arasında geniş maarifləndirilmə işləri həyata keçirilib. Həmçinin, ictimaiyyətin, xüsusilə də ov həvəskarlarının məlumatlandırılması məqsədilə layihə tərəfdaşları tərəfindən “Ovçuluq haqqında ümumi qaydalar”, “Balıq və digər su bioresurslarından istifadə qaydaları” və “Qırmızı Kitabdan çıxarış” kimi maarifləndirici kitabçalar paylanıb.
N.Teymurov

Şərh Yaz