Döyüş bölgəsinə qayıtmaq arzusu

Ötən ilin aprel döyüşlərində yaralanmış hərbçimizin doğulub boya-başa çatdığı İsmayıllı rayonunda qarşılanma mərasimi keçirilib.
Goranboy rauonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə baş nahiyyəsindən güllə yarası alan və ağır yaralanan 1989-cu il təvəllüdlü Ağayev Yaşar Təvəkkül oğlu bir illik müalicədən sonra ata ocağında – İsmayıllı rayonunda böyük qürur və izdihamla qarşılanıb.
Döyüş bölgəsinə qayıtmaq arzusu             Döyüşçümüzün qarşılandığı tədbirdə İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev, aparatın digər məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi Xamis Bədəlov, şöbə əməkdaşları, rayon sakinləri, igid hərbçinin yaxınları iştirak ediblər.
Müalicəsi davam edən Yaşar Ağayevin arzusu ayağa qalxıb yenidən döyüş bölgəsinə qayıtmaqdır.
Leyla Nadirqızı

Şərh Yaz