Danış qızım (oğlum), hərif olma!

Satirik yazarımız Salam Qədirzadənin ruhuna alqışlar!

Yüngül iş axtarırsan? Müğənni ola bilməzsən, nədən ki, səsin olsa da, səndə, min şükür, indiki ,,ulduzların” super bacarığı yoxdur. Restoranda oynamaq da sənlik deyil, bunu da bilirsən. Daha bir yüngül və problemsiz iş var. Düzdür, bu peşənin qazancı ,,ulduzlarınkından” çox azdır, ancaq zəhməti də çox deyil. Heç universitet oxumaq da gərək deyil, uzaq başı üçaylıq kurs keçərsən, yetər. Bir də, dildən iti olmalısan. Başlıcası isə, geyimin,qrimin ekstravaqant olmalıdı.
Danış qızım (oğlum), hərif olma!
Bu, özəl radio –“ televiziya aparıcılığıdır. Bu işdə iti dildən savayı, bir neçə incə momenti də bilməlisən. Tutalım, kimisə verlişə çağırmısan. Söhbəti necə başlamalı və necə bitirməli olduğunu sənə anladım;
Qonağını xoş sözlərlə doyunca salamlayırsan; ,”salam, xoş gəlmisiniz, Sizi görməyimizə şadıq, təşrif buyurmusunuz”–¦
Sonra keçirsən mətləbə. Yerli-yersiz, duzlu-duzsuz, anlamlı-anlamsız sualları yağdırırsan. Qonaq sualları cavablandırarkən, sözünü yarıda kəs və cavabın qalanını özün ver, yenə onu alqışla. Danışanda aşağıdakı incəliklərə diqət elə;
Gördün ki, cümləni düzüb-qoşa bilmirsən, köməkçi ,”nitq hissələrindən” geninə-boluna yararlan, məs;
Bizim dünən ı-ı-ı-ı-ı-ı-ı-ı.. studiyadakı qonağımız e-e-e-e-e-e-e…məşhur a-a-a-a-a–¦Özün belə şeyləri artıra da bilərsən –“ ö-ö-ö-ö-ö-ö-–¦, ü-ü-ü-ü-ü-ü-ü–¦ Bu “köməkçi nitq hissələri” sənin cümlənin başlanğıcını dinləyicilərə unutduracaq. Ondan sonra cümləni istədiyin kimi bitirə bilərsən.
Bir neçə söz də var ki, bunlar “jurnalistlərin” soyuq silahıdır; haradasa, belə deyək, yəni, necə deyərlər və b. k.
Dilimizin qrammatikası üçün heç rahatsız olma, onsuz da bu predmet artıq heç bir özəl TV-ni və radionu maraqlandırmır. Məs. “gülləbaran” yerinə “gülləboran”, “salamatçılıq, sakitçilik, narazıçılıq, xoşbəxtçilik’” və başqa qondarma sözləri desən keçəcək.
Nə isə–¦ Beləliklə verlişi başa çatdırırsan. Sonu necə bitirməli? Unutma, həmişə son sözlər yadda daha yaxşı qalır. Ona görə də qonağına bir “sağ ol”, bir “var ol”, bir “təşəkkür”, bir “minnətdaram”, bir də “çox sağ ol” guppuldat getsin. O da başlayacaq başda kanalın başçıları olmaqla, səni, rejissoru, operatoru və qalan hamını alqışlamağa–¦
Rusdilli olduğundan da rahatsız olma. Onsuz da indi aparıcıların arasında türkdilli olmayanlar çoxdu və buna nə TV başçıları, nə də üstqurumlar baş qoşmur. Bu üzdən də özünü zəhmətə salıb heç bir sözün, frazanın dərinliyinə varma, bildiyin kimi danış; “hotel yerinə atel, komitə əvəzinə kamitə, koalisiya yerinə kaalisiya, konfrans yerinə kanfrans” və b.k. Mübtəda ilə xəbərin və başqa cümlə üzvlərinin uzlaşmasına diqqət etməyə də dəyməz. Məs. “bir qrup adam getmişdilər, bir neçə sözlər” dedilər–¦
Bir də nəyi bilməlisən?!
Özünü heç zaman ekspert qismində görmə, yəni verilişə çağırılanların talantı oldu-olmadı, onları tərifləməlisən. Yaşından asılı olmayaraq bütün qadın cinsindən olanları “xanım”, kişi cinsindən olanları isə “müəllim” adlandırmalısan. Hamı necə –“ sən də elə.
Belədə hörmətin də olar, hələ “ulduzlar” sənə görüm-baxım da edərlər–¦
Gördün, necə yaxşı alındı?!
Belə ki, danış qızım, hərif olma!..
Pərviz Məmmədli

Şərh Yaz