“Coca-Cola” məktəbli kuboku

Ölkəmizdə uşaq futbolunun inkişaf etdirilməsi, futbolun kütləviliyinin təmin olunması məqsədi ilə “Coca-Cola” şirkətinin sponsorluğu, Təhsil Nazirliyinin və AFFA-nın təşkilatçılığı ilə İsmayıllı rayon ümumtəhsil məktbələrinin 7-ci sinifləri arasında “Coca-Cola məktəbli kuboku” layihəsinin 2016-2017-ci il mövsümünə start verilmişdir. Yarışda iştirak etmək istəyən ümumtəhsil məktəblərinin 30 komandasının sənədləri AFFA-ya təqdim olunmuşdur.
“Coca-Cola” məktəbli kuboku
Oyunlar şəhər 1 saylı tam orta məktəbin futbol meydançasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunlar AFFA-nın hakimləri tərəfindən idarə edilib.
Keçirilən oyunların nəticəsində Qurbanəfəndi və Mollaisaqlı kənd tam orta məktəblərin komandaları final mərhələsinə vəsiqə qazanıblar. Final oyununun keçirilmə tarixi və yeri haqqında məlumat veriləcəkdir.
Ş.Qafarova

Şərh Yaz