İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!
Dövlət siyasəti ilə dövlət idarələri, idmana rəhbərlik edən qurumların birgə fəaliyyəti Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir məqsədə qulluq edirlər ki, Azərbaycan özünü dünyada, idman aləmində ləyaqətlə təmsil etsin, Azərbaycanda idman inkişaf etsin və uğurlarımızın sayı artsın. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd SadıqovaAzərbaycan Universal Döyüş Federasiyasının idmançıları bu baxımdan dəfələrlə beynəlxalq arenada ölkəmizin idman şərəfini qoruyaraq yüksək nəticələr əldə etmiş, bayrağımızı yüksəklərə qaldıraraq, idmanın inkişafına dəstək olmuşdur.
Belə idmançılardan biri İsmayıllı rayonunun Xanagah kənd sakini Eşqin Əsgərov 2016-cı ildə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq turnirin, Avropa birinciliyinin qalibi və dünya birinciliyinin finalçısı olmuşdur.
Eşqin Əsgərovun bu mötəbər yarışda iştirak etməsində göstərdiyiniz köməkliyə, idmana olan qayğı və diqqətinizə görə Federasiyamız adından Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə:
Azər Həsənov,
Universal Döyüş Federasiyasının prezidenti

Şərh Yaz