Uğurlu siyasətin, güclü diplomatiyanın nəticəsi

Heydər Əliyev Məktəbinin məşğələsində çıxışa söz almağıma yüksək dəyər verirəm. Qeyd edim ki, aktual məsələlərin, dövlətçilik ideyalarının təbliğində və maarifləndirilməsində, o cümlədən İsmayıllı rayonunun siyasi həyatında Heydər Əliyev İdarəetmə Məktəbi xüsusi əhəmiyyət kəsb edir. Məşğələnin keçirilməsinin təsadüf etdiyi dekabr ayı öz tarixi və yaddaqalan günləri ilə seçilir. Dekabrın son günündə 50 milyondan çox soydaşımıın qeyd edəcəyi 31 Dekabr –“ Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik Günü belə yaddaqalan günlərdəndir.Uğurlu siyasətin, güclü diplomatiyanın nəticəsi Hamıya məlumdur ki, 1989-cu ilin dekabrn sonunda Arazın hər iki sahilində Şimali və Cənubi soydaşlarımızın yürüşü oldu. Dəmir tikanlı məftillər qırıldı, həftələrlə gecə-gündüz birləşmə şüarları ilə azərbaycanlıların bir millət oldularını dünyaya bəyan etdilər. Bu hadisələrdən bir az keçmiş, 1991-ci ilin 16 dekabrında Naxçıvan Respublikasının Ali Məclisinin sədri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqının ümummilli lideri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik Günü kimi qeyd etdi. Həmin gündən etibarən bütün dünya azərbaycanlıları bu günlə fəxr edir və qürurla bu bayramı qeyd edirlər. Bu qərar yenicə müstəqilliyini elan etmiş Azərbaycanın çağdaş tarixində fundamental sənədlərdən biridir.
Ulu öndər öz xalqının, ölkəsinin iqtisadiyyatı, maddi rifah halının yaxşılaşdırılması ilə bərabər onun ümummədəni tərəqqisinin qayğısına qalmış, xalqımızın dünyada nüfuz və söz sahibi olmasına, obyektiv səbəblərdən bütün dünyaya səpələnmiş soydaşlarımızın ümummilli məqsədlər ətrafında birləşdirməyə çalışmışdır. Bunun nəticəsidir ki, qüdrətli dövlət başçısı Heydər Əliyev 2001-ci ilin noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinə nail oldu. Həmin qurultayda ulu öndərin tarixi nitqi bu zalda əyləşən hər bir ziyalının yadındadır. Həmin nitqdə qeyd etdiyi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbayzanlıyam”: – ifadəsi azərbaycanlıların qürur hissinin ifadə formasına çevrilmişdir.
Ulu öndər özünə xas olan uzaqgörənliklə hakimiyyətə gəldiyi ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən hansısa ciddi nailiyyət qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil.
Milli səviyyədə keçirilən bu bayram qüdrətli zəka sahibi ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin, xalqı öz ətrafında birləşdirmək məharətini bir daha nümayiş etdirdi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyev Ulu öndərin bütün istiqamətlərdə dövlətçilik ideyalarını, o cümlədən dünya azərbaycanlılarının həmrəyliyi və birliyi istiqamətində dövlət siyasətini uğurla, müvəffəqiyyətlə davam etdirmişdir.
Bu gün məhz dövlət başçısı cənab İlnam Əliyevin uğurlu xarici siyasətinin, güclü diplomatiyasının nəticəsidir ki, Azərbaycan təkcə Zaqafqaziya regionunda deyil, inkişaf etmiş dövlətlər sırasında yer tutur. Ölkə başçısı Ulu öndərin dövlətçilik ideologiyasını rəhbər tutaraq Azərbaycanın iqtisadi-siyasi və strateji cəhətdən qüdrətli bir dövlətə çevirmişdir. “462 diaspor təşkilatının yaraması, 60 səfirlik və 92 diplomatik nümayəndəliyi olan ölkəmiz üçün xarici ölkələrlə əlaqədə heç bir problem yoxdur”- deyən ölkə başçısının güclü idarəetmə bacarığını sübut edir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qlobal dünyada baş verən maliyyə böhranı, inkişaf etmiş ölkələrin dayaqlarının qırılmasına və məhvinə istiqamətlənən terrorizmin baş alıb getdiyi bir dövrdə Azərbaycanın müstəqilliyinin və daimi sabitliyinin qorunmasında müstəsna və əvəzolunmaz xidmətləri vardır.
Qeyri-neft sektorunu gündəlik fəaliyyətinin ayrılmaz hissəsi hesab edən ölkə başçısı regionların inkişafı ilə bağlı geniş fəaliyyət proqramı hazırlanmışdır. İsmayıllı da inkişaf etmiş rayon kimi bu rayonların sırasındadır. Dövlətçilik ideyalarına həmişə sadiq qalan İsmayıllı son illərdə gözəlləşən siması, bu gözəlləşməyə rəng qatan yeni tikintiləri –“ uşaq bağçaları, təmir olunan binalar, asfalt örtük çəkilən, işıqlandırılan küçələr və salınan parklarla daha da gözəlləşib müasirləşmişdir.
Cənab İlham Əliyevin xalqın etibar və etimadı, eləcə də dərin məhəbbəti ilə 3 dəfə ölkə Prezidenti seçilməsi sübut edir ki, Azərbaycanda dövlət idarəçiliyinin sükanı, xalqın taleyi etibarlı əllərdədir.
Minazər Manmudova,
İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz