Müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir

İsmayıllıda fəaliyyət göstərən Heydər Əliyev İdarəetmə Məktəbinin 2016-cı ildəki son məşğələsi “Azərbaycan xalqının taleyi etibarlı əllərdədir” mövzusuna həsr olunmuşdu. Dekabrın 23-də keçirilən məşğələnin iştirakçıları arasında gənclər üstünlük təşkil edirdi. Müstəqil Azərbaycan dövləti etibarlı əllərdədirMəşğələdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Diyallı kənd tam orta məktəbinin direktoru Şəmsiyyə Əhmədova, şəhər 6 nömrəli tam orta məktəbinin müəllimi Minazər Mahmudova, İsmayıllı MİS-nin rəisi İsmayıl Tarverdiyev və başqaları ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan dövlətinin bu gün etibarlı əllərdə olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, Ulu öndər uzaqgörən siyasəti, zəngin təcrübəsi ilə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib. Həmin strategiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl, yaradıcılıqla həyata keçirilməsi bu gün ölkəmizi sürətlə irəli aparır. Г‡ıxışlarda dünyanın münaqişələrlə çarpışdığı, iqtisadi böhranla üzləşdiyi bir şəraitdə Azərbaycanda sabitliyin, inkişafın hökm sürdüyü, bunun məhz ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik siyasətinin, rəhbərliyinin nəticəsi olduğu diqqətə çatdırılıb.
Namiq Kərimov

Şərh Yaz