Örnək götürmək üçün əsil nümunə

Sadəlik, səmimiyyət qazanıla bilən sərvətlərin ən dəyərlisidir. Bu sərvət sayəsində insan cəmiyyətdə mövqeyini təyin edir, yerini tapır. Yüksək keyfiyyətlər adətən ziyalı, geniş dünyagörüşü olan adamlarda daha çox özünü büruzə verir. Ziyalılarımızdan söz açmaqla, onların xoş əməllərindən nümunələr göstərməklə cəmiyyətə daha çox səmərə vermiş olarıq. Örnək götürmək üçün əsil nümunəSirr deyil ki, xoş sözlər eşitmək, gözəl əməllərdən bəhs etmək insanın ruhunu zənginləşdirər. Bu həm də gələcək nəsillərə də örnək olar. Gəncliyimiz də belə insanlardan nümunə götürməklə inkişafa nail ola bilərlər. Г‡evrəmizdə baş verən gözəl məqamları, insanlara olan xüsusi diqqət və qayğını gördükcə gördüklərini kağıza köçürmək istəyirsən. Mən də bir vətəndaş olaraq bu gün gördüyüm reallıqları bir neçə cümlə ilə ifadə etməyə çalışdım. Məqsədim sakinləşmiş qonağı olduğum İsmayıllı rayonunda gördüyüm inkişafı və bu inkişafa səbəb olan amilləri vurğulamaqdır.
Təbiidir ki, istənilən sahədə inkişafın təkan verənləri, səbəbkarları olur. İsmayıllının yüksəlişini rayon İcra Hakimiyyəti aparatının başçısı, Mirdaməd Sadıqovun adı ilə bağlasaq daha doğru olardı. Azərbaycanın elm sahəsində öz sözünü demiş, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov bu gün də İsmayıllı rayonunun elm-təhsil, mədəniyyət, iqtisadi və sosial inkişafına töhfəsini verməkdədir.
Görkəmli ziyalımız barəsində nə isə yazmaq mənim üçün olduqca çətin, məsuliyyətli və bir o qədər də şərəfli işdir. Г‡ətin və məsuliyyətlidir ona görə ki, böyük bir alimin barəsində fikirlərini söyləmək alimlərin, ziyalıların daha yaxşı bacardığı işdir. Amma mən bu yazını yazarkən yalnız öz vətəndaş mövqeyimi ortaya qoydum. Tərif kimi səslənə bilən bir ifadə belə yazmaq fikrində deyiləm. Sadəcə İsmayıllı rayonunda yaşadığım iki ilə yaxın müddət ərzində bir İsmayıllı sakini kimi gördüklərimi, duyduqlarımı ifadə edirəm.
Barəsində söz açdığım insan hər birimizin örnək götürəcəyimiz böyük ziyalı, rayon sakinlərinə hər zaman ağsaqqal qayğısı göstərməyi bacaran başçı və ən əsası əsil vətəndaşdır. Bir gənc olaraq belə gözəl insanı tanıdığım üçün qürur duyuram. Onun rəhbərliyi altında keçirilən bir çox tədbirdə iştirak etmişəm. Mirdaməd müəllimdə olan Vətən, xalq təəssübkeşliyinin, hər bir rayon sakininin problemləri ilə maraqlanıb həllinə şəxsən tapşırıq verməsinin demək olar ki, hər gün şahidi oluruq.
Ölkəmizdə ulu öndər Heydər Əliyevin müdrik siyasəti möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Dövlətimizin günü-gündən yüksələn beynəlxalq nüfuzu ilə yanaşı, həmçinin ölkə əhalisində də gələcəyə böyük inam, ölkə rəhbərliyinə və onun uğurlu siyasi kursuna dərin ehtiram, bir sözlə xalq-prezident birliyi formalaşıb. Möhtərəm cənab Prezidentimiz hər bir vətəndaşın prezidentidir. Ona görə də vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində bütün növ zəruri addımlar atılmaqdadır. Prezidentimizin Mirdaməd Sadıqova böyük etimad göstərərək İsmayıllı rayonuna başçı təyin etməsi də məhz xalqa göstərilən diqqət və qayğının nümunəsidir. Mirdaməd müəllimin İsmayıllıya gəlişi ilə İsmayıllı ən qısa müddət ərzində davamlı inkişafa nail olmuş və bu etimadı layiqincə doğrultmuşdur. Belə ki, son illərdə rayonun davamlı inkişafı, bir neçə istiqamətlərdə yeni iş yerlərinin açılması, küçə və meydanların abadlaşdırılması və ən əsası başçının mütəmadi olaraq sakinlərlə görüşlər keçirməsi insanlarda ona qarşı böyük hörmət və inamı doğrultdu.
Mirdaməd müəllim rayonun və ölkənin tanınmış ziyalılarındandır. Onu qonşu rayon sakinləri də özlərinə ağsaqqal, dost, müəllim hesab edirlər. Buna misal olaraq qonşu rayonlarda keçirilən və Mirdaməd müəllimin fəxri qonaq olduğu bir çox tədbirlərdə yerli sakinlərin ona xüsusi sevgi və sayğı ilə yanaşmasının, onunla bir ziyalı kimi ünsiyyət qurmasının dəfələrlə şahidi oluruq.
Son illərdə İsmayıllı ədəbi mühitindəki canlanma da əbəs yerə deyildir. Rayon ziyalılarına, elm adamlarına, yazarlara xüsusi qayğı göstərilir. Başçının şəxsi təşəbbüsü ilə İsmayıllı yazarları ilə vaxtaşırı görüşlərin, şair və yazıçıların, elm və incəsənət xadimlərinin yubiley və xatirə günlərinin keçirilməsi burada elmə, təhsilə, mədəniyyətə böyük önəm verildiyinin sübutudur. Həmçinin qonşu rayonlarla və bir sıra xarici dövlətlərin inkişaf etmiş şəhərləri ilə mədəni əlaqələrin, dostluq münasibətlərinin qurulması kimi amillər turizmin inkişafına zəmin yaradır.
İsmayıllıda son illər gənclərin inkişafı baxımından böyük irəliləyişlər əldə edilib. Bəllidir ki, bu da rayon rəhbərliyinin gənclərə verdiyi dəyər və dövlətimizin gənclər siyasətinin düzgün icra edilməsindən irəli gəlir. Ümumilikdə, bütün sahələrə olduqca diqqətli yanaşılması İsmayıllı rayonunun əmin əllərdə olduğundan və sağlam gələcəyindən xəbər verir. Əhaliyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və onun etimad göstərərək təyin etdiyi İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova dərin minnətdarlığımı bildirirəm.
Elnarə Günəş,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz