İsmayıllı gəncləri Fəxri xiyabanda

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” ictimai birliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda keçirilən “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin regional zona seçim turunda İsmayıllı komandası I yerə layiq görülmüşdü. İsmayıllı gəncləri Fəxri xiyabandaFinal yarışlarında iştirak etmək üçün komandamız İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərinə ezam edilmişdir. Yarışdan öncə İsmayıllı intellektualları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə tər qərənfillər düzmüşlər.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Ulu öndərin keçdiyi həyat yolundan, onun ölkəmizə verdiyi töhfələrindən, çoxsaylı xidmətlərindən məktəblilərə danışmışdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz