Yaddas kitabcasi

Sən nəğməsən

Alim Məhərrəmovun “Daha məndən Kərəm olmaz” şeirinə

Daş bağlayıb ürəyinə qış günü,
Kimdi salan çölə səni, ay Alim?
“Daha məndən Kərəm olmaz” – deyirsən,
Əsli görmür hələ səni, ay Alim!
Sən nəğməsən
Səbr edirsən, halva bişmir qoradan,
Şəvə saçlar əlin çəkir qaradan.
Sən nəğməsən, vallah çaşıb Yaradan,
Mizrab edib telə səni, ay Alim!

Kim qopartdı yaramızın üstünü,
Sən yanırsan, mən uduram tüstünü.
Od bürüyüb gözümdəki büstünü,
Almaq olmur ələ səni, ay Alim!

Üz Əslinin yaxadakı düyməsin,
Vədə güdüb vaxt gözünü döyməsin.
Saç ağarsın, diş tökülsün, əyməsin,
Götürdüyün şələ səni, ay Alim!

Göydən düşən dərdi əvvəl dağ alar,
Güman var ki, dağın dərdi dağılar.
Ömrü boyu Şahməmmədə dağ olar,
Г‡ağırsalar Lələ səni, ay Alim!
1981-ci il

Şərh Yaz