Yaddas kitabcasi

Diaqnostik qiymətləndirilmə təhsilin inkişafına xidmət edir

Noyabr ayının 27-də İsmayıllı rayonunda Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlandı.Diaqnostik qiymətləndirilmə  təhsilin inkişafına xidmət edirSevindirici haldır ki, respublika əhəmiyyətli tədbirin keçirilməsi üçün məkanlardan biri İsmayıllı –“ İsmayıllı Olimpiya-İdman Kompleksi seçilmişdi. 2 gün davam edən qiymətləndirmədə İsmayıllı ilə yanaşı, Şamaxı və Qobustan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 3500 nəfərədək müəllimi iştirak etdi. Eyni zamanda Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri də bu imtahanlara cəlb edilmişdilər.
İbtidai sinif müəllimiyəm. Tircan kənd tam orta məktəbində çalışıram. Cəmi bir neçə ay işlədikdən sonra belə səviyyəli imtahana qatılmağım ürəyimcə oldu. 60 mümkün baldan 52-ni toplaya bildim. Müəllimlərin imtahana cəlb olunması onların peşəkarlığının, məsuliyyət hissinin artırılmasına birbaşa təsir göstərəcəyinə əminəm. Məncə, keçirilən imtahanlar bütün ölkədə təhsilimizin inkişafına müsbət təsirini göstərəcəkdir.
Yerli müəllim olduğumdan qiymətləndirmənin keçirilməsinə cəlb olunmuş pedaqoji heyətin, təşkilati məsələləri icra edən nümayəndələrin və qonşu rayonlardan gələn müəllimlərin tədbirin təşkilindən, onlara İsmayıllıda göstərilən hərtərəfli diqqətdən razılıq etmələri də mənə xoş təsir bağışladı.
Qönçə Ağazadə

Şərh Yaz