Fransada Azərbaycanı təmsil edib

18-20 noyabr 2016-cı il tarixdə Fransanın paytaxtı Paris şəhərində “İngilis dilinin tədrisində yeni zirvələri fəth edək” adlı 35-ci TESOL France konfransı keçirilib
Konfransda Fransa, İngiltərə, İrlandiya, Niderland, Belçika, Almaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya, Yaponiya, İspaniya, Yunanıstan, Macarıstan, Ukrayna, Polşa, Argentina, Misir, Tunis, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və s. dövlətlərdən olan məruzəçilər və pedaqoqlar iştirak edib.  Fransada Azərbaycanı təmsil edibBu konfransda Azərbaycanı İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Ruhiyyə Mahmudova və Astaradan olan ingilis dili müəllimi Kəmalə Nəsirova təmsil ediblər.
Onlar ingilis dilinin xarici dil kimi tədrisi ilə bağlı müxtəlif mövzularda plenar məruzələrdə, sessiya və panellərdə iştirak etməklə yanaşı “Effektiv dinləmə və tənqidi təfəkkür” adlı təqdimat vorkşop da keçiriblər.
Rayonumuzu Respublika adından beynəlxalq əhəmiyyətli tədbidə yüksək səviyyədə təmsil etmiş Ruhiyyə Mahmudovaya yeni əmək nailiyyətləri, pedaqoji uğurlar arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz