“Uşaq hüquqları aylığı”nın yekun konfransı keçirilib

18 noyabr 2016-cı il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı”nın yekun konfransı keçirilib. Tədbirdə qabaqcıl müəllimlər, psixoloqlar, Rayon Polis Şöbəsinin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şamaxı bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi iştirak edib. Tədbiri Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov giriş sözü ilə açıb və “Uşaq hüquqları aylığı” çərçivəsində görülmüş işlər barədə konfrans iştirakçılarına məlumat verib.
“Uşaq hüquqları aylığı”nın yekun konfransı keçirilibRayon Təhsil şöbəsinin metodik kabinetinin direktoru Hümbət Əsədov çıxış edərək məktəblərdə keçirilən hüquqi maarifləndirmə tədbirlərinin müsbət nəticələrindən, bu səpkili tədbirlərin mahiyyətindən danışıb. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva ailə-uşaq münasibətlərindən, təhsil ocaqlarının uşaqların həyatının formalaşmasındakı rolundan, mövcud problemlərdən söhbət açıb. Konfrans diskusiya şəklində davam edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sevinc Mirzəyeva

Şərh Yaz