Qrip haqqında məlumat

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı proflaktik tədbirlərin gücləndirilməsi barədə“ 6 oktyabr 2016-cı il tarixli 65 nömrəli əmri 2.1; 2.2 bəndlərinin icrası üçün müəssisəmiz tərəfindən də müəyyən tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına daxil edilmiş vacib məsələlərdən biri əhalinin maarifləndirilməsi, qriplə bağlı məlumatların onlara çatdırılmasıdır.
Qrip haqqında məlumat
Qrip haqqında ilk yazılı məlumata təxminən 2400 il əvvəl qədim yunan alimi Hippokratın yazılarında rast gəlinir. Qrip bütün tarix boyu çoxlu epidemiyalara və kütləvi ölümlərə yol açsa da, baş verən bu faciələrə qrip virusunun və ya qripəbənzər digər tənəffus yolları xəstəliklərinə səbəb olan virusların səbəb olmasını təyin etmək çətindir. Xəstəlik Avropadan Amerikaya yayılmışdır. Belə ki, Xristofor Kolumbun Amerikaya gəlişindən az sonra 1493-cü ildə Antil Adalarının demək olar ki, bütün əhalisi avropalılar tərəfindən gətirilmiş qrip virusuna yoluxma nəticəsində məhv olmuşdur. Digər bir qeydə alınmış epidemiya 1580-ci ildə Rusiyada başlamış və Afrika vasitəsilə Avropaya yayılmışdır. Nəticədə təkcə Roma şəhərində 8 min insan həlak olmuşdur, İspaniyada isə bir neçə şəhərin əhalisi ümumiyyətlə məhv olmuşdur. XVII –“ XIX əsrlərdə də qrip virusu epidemiya şəklində yayılmış və çoxlu ölümlərə yol açmışdır. Lakin indiyə qədər elmə məlum olan ən böyük və dağıdıcı qrip virusu 1918-ci ildə yayılan və İspan qripi adı ilə tanınan H1N1 virusu səbəb olmuşdur. Bu virus 1 il ərzində davam edən epidemiyaya səbəb olub və 20 milyondan 100 milyona qədər insanın ölümünə səbəb olub. Bu, tibb tarixində Qara ölümdən sonra qeydə alınan ən böyük epidemiya sayılır. İspan qripi, ona yoluxanların 2 faizdən 20 faizinə qədərinin ölümü ilə nəticələnirdi. Anomal şəkildə güclü təsirə malik olan bu virus hətta Arktikaya və Sakit Okeandakı adalara qədər geniş ərazilərə yayılmışdı.
Qriplə mübarizədə ən böyük uğurlardan biri də 1944-cü ildə ABŞ-da qripə qarşı peyvəndin kəşf olunması idi. Hazırda qripə qarşı daha güclü vasitələrin hazırlanması üçün molekul səviyyəsində tədqiqatlar aparılır.
Bu günə qədər qrip virusunun 2000-dən artıq variantı elmə məlumdur. Virus təsnifatına görə qrip virusu 3 tipə ayrılır. Bunlar A tipli Qrip Virusu, B tipli Qrip Virusu və C tipli Qrip Virusudur. A tipli qrip virusunun əsas daşıyıcıları su hövzələrində yaşayan vəhşi quş növləridir. A tipli Qrip Virusları ən təhlükəli viruslar sayılır və böyük epidemiyalara səbəb olan əsas viruslardır. Bunlara nümunə kimi 1918-ci ildə yayılan İspan Qripi və 2009-cu ildə yayılan “Donuz qripi”ni göstərmək olar. Hər iki epidemiyaya A tipli qrip Virusuna aid olan H1N1 virusu səbəb olmuşdur. 2005-ci ildə yayılan Quş Qripi isə H5N1 virusu vasitəsilə yayılmışdır.
Bundan başqa bu tipdə olan viruslara H2N2, H7N7, H1N2, H9N2, H7N2, H7N3, H10N7 virusları aid edilir.
B tipli Qrip Virusuna isə yalnız insanlar yoluxur və A tipli virusa nisbətən daha az rast gəlinir. Bu tip qripə yoluxan yeganə heyvan növləri suitilərdir. B tipli Qrip Virusu A tipli virusa nisbətən 2-3 dəfə daha aşağı sürətlə mutasiya edir, genetik olaraq daha az müxtəlifliyə malikdir, bu səbəbdən B tipli virusa qarşı immunitet insanlarda aşağı yaşlardan etibarən formalaşır.
C tipli Qrip Virusuna isə insanlarda, donuzlarda və itlərdə rast gəlinir. Bu virus tipi daha az yayılıb, yalnız lokal səviyyədə epidemiyaya səbəb ola bilir.
Strukturuna görə hər üç virus tipi bir-birinə oxşardırlar. Virus dənəciyinin diametri 80-120 nanometrə bərabərdir və sferikformaya malikdir. Qrip virusu yalnız canlı mühitə düşdükdə çoxalmaq qabiliyyətinə malik olur.
İnsanın qrip virusu ilə yoluxması simptomların ortaya çıxmasından bir gün əvvəl başlanır və bu 5-7 gün müddətində davam edir. Həmin müddətdə qrip olan insan digər insanları da yoluxdurma qabiliyyətinə malik olur. Virusa yoluxmadan 2-3 gün sonra insan ətrafdakıları daha çox yoluxdurma ehtimalına sahib olunur, sonrakı günlər isə bu ehtimal azalmağa başlayır. Temperaturu daha yüksək olan insanlar adətən virusu daha çox yayırlar. Uşaqlar daha çox virusu yaymaq qabiliyyətinə malik olurlar, onlar yoluxmadan sonrakı iki həftə sonrakı müddət ərzində belə digər insanları bu virusa yoluxdura bilərlər.
Qrip simptomları virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilk simptomlar asqırma olur, lakin qızdırma da bura daxil edilir. Belə ki, yoluxmadan az sonra bədən temperaturu 38-39 В°C kimi qalxır. Bəzi insanlar qripi çox ağır formada keçirir, günlərlə yataqda qalır, bütün bədəndə, xüsusilə ayaqlarda və beldə kəskin ağrılar keçirirlər. Qrip qızdırma və titrəmə, öskürək, bədəndə ağrılar (xüsusilə boğaz və baş ağrıları), halsızlıq, gözlərin yaşarması, gözlərin, boğazın, ağızın, sifət dərisinin, burunun qızarması kimi əlamətlərlə müşahidə olunur.
Sağlam həyat tərzi sürən insanlarda qrip daha yüngül özünü biruzə verir. Yəni siqaret və içki içməyən insanlarda, idmanla daim məşğul olanlarda, təbii məhsullarla daha çox qidalanan insanlada qripə yoluxma çox az rast gəlinir.
İmmuniteti güclü insanlar qripə yaxalansalar da, daha yüngül keçirirlər. Müxtəlif araşdırmalar sübut edir ki, insanlar qrip virusuna daha çox depressiyalarla, məmnuniyyətsizliklə və digər emosional problemləri ilə meyllidir. Ona görə də xoş ovqat və ruhi müvazinət qrip xəstəliyinin profilaktikası kimi qəbul olunur.
1. Vaksinasiya qrip xəstəliyinin profilaktikasında ən yaxşı tədbir sayılır. Bu peyvəndi qrip olan zaman deyil, hər il payız fəslində etdirmək lazımdır. Peyvənd olunduğu zaman orqanizm bu virusa qarşı qoruyucu təbəqə yaradır. Və bu xəstəlik qorxulu olmur.
2. Daha doğrusu, vitaminlər, minerallar və digər faydalı maddələr isə balanslaşdırılmış qidalanma, orqanizmə təhlükəli infeksiyanın qarşısını almaqda güc verəcək. E vitamini, askorbin və limon turşusu (sitrus meyvələri, alma, itburnu), dəmir, (ət, pomidor), yod (dəniz balığı), manqan, sink və mis (qoz), selen (sıyıq, sarımsaq) qəbul etmək lazımdır. Gündə 1-2 diş sarımsaq yemək faydalıdır.
3. Г‡ox zaman qrip olduqda müxtəlif tənziflərlə burnumuzu tez-tez silirik. Lakin ən yaxşısı burnu tez-tez sabunla yumaqdır. Spirt və soğan suyu ilə də yumaq olar. Soda, çobanyastığı, manqan kristallarını, efir yağları və ya kartof ilə boğazı yaxalamaq tövsiyə olunur. Г‡ölə çıxarkən buruna oksalin məhlulu və ya vazelin çəkmək olar.
4. Qrip olan zaman daha çox maye qəbul etmək məsləhət olunur. Əlbəttə bu nə qəhvə, nə də ki, qazlı sulardır. Daha çox ot dəmləməli çaylardan istifadə edilməlidir. İtburnu, böyürtkən, kəklikotu və nanə dəmləməsindən istifadə edilsə daha yaxşı olar. Г‡aya 1 qaşıq bal əlavə etmək faydalı olar.
5. Mütləq yeməkdən əvvəl və sonra əllər yuyulmalıdır. Qrip olan insanlarla əl görüşlərindən uzaq durulmalıdır.
6. Qabları qaynar su ilə yumaq lazımdır. Əgər ailə üzvlərinizdən biri evə artıq bu virusa yoluxmuş gəlirsə, mütləq onun qablarını ayırmalı, onunla təmasdan maksimum qorunmalı və işlətdiyi bütün əşyalar qaynar su ilə yuyulmalıdır.
7. Qripin bağlı və isti otaqlar daha çox xoşuna gəlir. Ona görə otağın pəncərəsini açmaq və tez-tez havasını dəyişmək lazımdır. İsti geyim bu virusu daha da gücləndirir. Otağın sərin və geyimin çox da qalın olmaması məsləhət edilir.
8. Ən yaxşı üsullardan biri də hamama getməkdir. Və idmanla məşğul olmaq, əsasən də qaçmaq daha yaxşı nəticə verir. Bu, immunitetin inkişafına yardım edəcək, qan hüceyrələrinin yaranmasına kömək edəcək, dövranını yaxşılaşdıracaq, orqanizmi oksigenlə təmin edəcək və daha çox immunitetin yaranmasına kömək edəcəkdir.
Qrip mövsümü payızın ilk aylarında başlayıb, noyabr-dekabrda artar, aprel-maya qədər davam edir. Əslində qripin mövsümü bəlli deyil. Amma qış aylarında daha çox yayılır. Səbəbi də insanların daha çox qapalı və sıx məkanlarda toplu halda cəmləşməsidir. İçəridəki havanın quru olması virusların uzun müddət yaşamasına səbəb olması əsas təsiredici faktorlardan biridir.
Qrip virusu, insandan insana çox asanlıqla tüpürcək damlacıqları, öskürək və asqıraq yolu ilə keçir. Xüsusilə qapalı mühitlər infeksiyanın yayılması üçün uyğun məkanlardır. Ayrıca, qrip olan adamın tutduğu qapı dəstəyi, telefon dəstəyi ilə də keçə bilər. Təyyarə səfərləri ilə də virus bir ölkədən digərinə asanlıqla ötürülməkdədir.
Xanlar Qənbərov,
İsmayıllı GEM-nin direktoru

Şərh Yaz