2016-cı ilin yanvar-sentyabr aylarında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı haqqında təhlili məruzə

2016-cı ilin sona çatmasına az vaxt qalır. Ötən aylar ərzində dünyanın siyasi və iqtisadi həyatında yaşanan hadisələr bu ilin gərgin, çətin il olduğunu göstərir. Dünya iqtisadiyyatında böhranlı vəziyyət yənə də davam edir. Bununla belə, ölkədə aparılan düzgün iqtisadi siyasət, həyata keçirilən iqtisadi islahatlar inkişafin davamlılığını qoruyub saxlamağa imkan verir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2016-cı ildə də, – baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağı səviyyədədir, – Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, aparılan islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlar dayanır. Əminik ki, bu ili də müvəffəqiyyətlə başa vuracağıq.
2016-cı ilin yanvar-sentyabr  aylarında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı haqqında təhlili məruzə

2016-cı ilin ötən dövrü rayonumuz üçün uğurlu olmuşdur. Bu dövrdə rayonda yeni velosiped zavodu tikilib istifadəyə verilmiş, “İsmayıllı-2” kiçik su elektrik stansiyası fəaliyyətə başlamışdır. Kənd təsərrüfatında ənənəvi sahələr olan tütünçülük və baramaçılıqla bağlı işlər sürətləndirilmiş, artıq ilkin nəticələr əldə olunmuşdur.
Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2016-cı ilin yanvar –“ sentyabr aylarında faktiki qiymətlərlə 132733,8 min manat, müqayisəli qiymətlərlə 130757,1 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 1532,9 manata çatmışdır. Məhsul və xidmətlərin 70,8 faizi istehsal sahələrinin, 29,2 faizi isə xidmət sahələrinin payına düşür.
Hesabat dövründə kənd təsərrüfatı və balıqçılıq sahəsində 71,4 milyon manatlıq və ya ümumi məhsulun 54,6 faizi, sənayedə 3,7 milyon manatlıq (müvafiq olaraq 2,9 faiz), tikinti 17,4 milyon manatlıq (13,3 faiz), rabitədə 0,7 milyon manatlıq (0,5 faiz), nəqliyyatda 2,3 milyon manatlıq (1,8 faiz), ticarət və xidmət sahəsində 35,2 milyon manatlıq (26,9 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.
Keçən illə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 0,7 faiz az, sənaye məhsulunun həcmi 14,1 faiz, çox, tikinti istehsalı 4,2 faiz çox, rabitə 14,7 faiz artmış, nəqliyyat 4,1 faiz, ticarət isə 2,5 faiz çox olmuşdur.
Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın sayı 25 baş artaraq 51396 baş, qoyun-keçilərin sayı 72 baş artaraq 178545 baş, donuzların sayı isə 178 baş artaraq 364 baş olmuşdur. 2016-cı ilin yanvar – iyun aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 26 ton, süd istehsalı 78 ton, yumurta istehsalı 8 min ədəd, yun istehsalı 1 ton artmışdır.
2016-cı ilin oktyabr ayının 1-i tarixinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 28886 hektar sahədən 102303 ton dənli paxlalılar (qarğıdalı ilə birlikdə ) yığılmışdır. Hesabat ilində 2591 ton əvvəlki ildən az taxıl istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq göstəricisi 2,1 sentner azalaraq 34,2 sentner olmuşdur. Toplanmış məhsulun 77,2 faizini buğda, 21,5 faizini isə arpa təşkil etmişdir. Hesabat dövründə buğdanın məhsuldarlığı 36,2 sentner, arpanın məhsuldarlığı 29,3 sentner olmuşdur. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 1,4 sentner az olmuşdur.
Həmin dövrdə 66 hektar sahədən 167 ton dən üçün qarğıdalı, 470 hektar sahədən 1112 ton paxlalılar, 112 hektar sahədən 48,5 ton dən üçün günəbaxan yığılmışdır. 2015-ci ilin 9 ayı ilə müqayisədə qarğıdalının məhsuldarlığı 4,3 sentner azalaraq 25,3 sentner, paxlalıların məhsuldarlığı 1,1 sentner artaraq 23,7 sentner, günəbaxanın məhsuldarlığı isə 7,3 sentner azalaraq 4,3 sentner olmuşdur.
2016-cı ilin yanvar-sentyabr aylarında 852 hektar sahənin kartofu yığılmış, 9276 ton məhsul əldə edilmişdir. Bu dövrdə 7467 ton tərəvəz toplanmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartofun məhsuldarlığı 22,4 sentner, tərəvəzin məhsuldarlığı isə 0,5 sentner artmışdır. Hazırda bağlardan meyvə toplanışı davam edir. Oktyabr ayının 1-ə kimi 5521 ton meyvə, 1126 ton üzüm yığılmışdır.
Bu il sahələrdən yüksək məhsul toplanışı gözlənilir. Bu isə rayon əhalisinin ərzaq bitkilərinə olan tələbatının böyük əksəriyyətinin öz istehsalı hesabına ödənilməsi deməkdir.
2016-cı ilin yanvar-sentyabr ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 3142,2 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 114,1 faiz təşkil edir. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 6,3 faiz çox 43,9 milyon kilovat saat elektrik enerjisi, 0,2 milyon kub metr az 20,7 milyon kub metr qaz istehlak olunmuşdur.
2016-cı ilin yanvar-sentyabr aylarında rayonda 4342,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 47,2 faiz azdır. Hesabat dövründə əsas kapitala 18400,0 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz çox təşkil etmişdir. Rayonun podratçı təşkilatları tərəfindən öz gücləri ilə 9 ay ərzində 10503,2 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki dövrdən 5895,9 min manat çoxdur.
Hesabat ilinin yanvar-sentyabr aylarında rayon əhalisinə 111365,0 min manatlıq istehlak malları satılmış, 17160,0 min manatlıq əhaliyə ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 1,3 faiz çox, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə müqayisəli qiymətlərlə 2,9 faiz çox təşkil etmişdir. Həmin dövrdə informasiya və rabitə xidmərlərinin həcmi 596,5 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən 14,7 faiz çoxdur.
2016-СЃı ilin yanvar- sentyabr aylarında rayonda 741 yeni iş yerləri açılmışdır. Ümumiyyətlə 2003-cü ilin oktyabr ayından indiyədək rayonda 8628 yeni iş yerləri açılmışdir ki, bu da əsasən kənd təsərrüfatı, sənaye, tikinti, xidmət və ticarət sahələrini əhatə edir. Açılmış iş yerlərinin 82,1 faizi və ya 7087 – i daimi iş yerləridir.
2016-cı ilin 9 ayında yeni açılmış iş yerlərinin sayı 741 vahid təşkil etmişdir ki, bunun da, 21-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 235-i mövcud müəssisə və təşkilatlarda, 485-i fiziki şəxslərdə olmuşdur.
2016-cı ilin sentyabr ayının 1-i vəziyyətinə ilkin məlumatlara görə rayonda muzdla işləyənlərin sayı orta hesabla 9,4 min nəfər olmuşdur ki, bunun da 28,9 faizi təhsildə, 8,4 faizi səhiyyədə, 1,0 faizi informasiya və rabitədə, 9,4 faizi kənd təsərrüfatında 2,4 faizi tikintidə, 8,0 faizi dövlət idarəetməsində olmuşdur.
1 sentyabr 2016-c il tarixə muzdla işləyənlərin 61,4 faizi və ya 5771 nəfəri dövlət sektorunda çalışmışdır. Dövlət sektorunda işləyənlərin bu dövrdə orta aylıq nominal əmək haqqı 257,1 manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövründən 10,5 manat azdır. Həmin dövrdə qeyri-dövlət bölməsində 3629 nəfər çalışmışdır ki, onlarında orta aylıq əmək haqqı 245,6 manat təşkil etmişdir. Bu dövrdə qeyri-dövlət bölməsində orta aylıq əmək haqqı 10,1 faiz azalmışdır.
2016-cı ilin sentyabr ayının 1-i tarixinə rayon üzrə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 252,7 manat təşkil etmişdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı ilkin məlumatlara əsasən cari ilin yanvar-avqust aylarında emal sənayesində 177,6 manat, tikintidə 272,1 manat, ticarətdə 258,5 manat, nəqliyyat və anbar təsərrüfatında 206,1 manat, informasiya və rabitədə 332,6 manat, dövlət idarəetməsində 295,7 manat, təhsildə 277,0 manat, səhiyyədə 168,8 manat, elektrik enerjisi, qaz və su təchizatında 480,5 manat təşkil etmişdir.
Pensiya təminatı: 2016-cı ilin yanvar-sentyabr ayları ərzində rayon üzrə pensiyaçıların sayı 13457 nəfər olmuşdur. Bu dövrdə təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 169,58 manat təşkil etmişdir. Rayonun 4652 nəfər əhalisinə 3299,6 min manat sosial müavinət ödənilmişdir. 2016-cı ilin 9 ayı üzrə rayonda təyin olunmuş müavinətlərin orta aylıq məbləği 78,81 manat təşkil etmişdir ki, bu göstəricidə ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çoxdur.
01oktyabr 2016-cı il tarixə rayon üzrə 4652 nəfərə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Bir nəfərə düşən unvanlı dövlət sosial yardımların məbləği 2016-cı ilin 9 ayında 30,83 manat təşkil etmişdir.
Rayon büdcəsi: 2016-cı ilin yanvar-sentyabr aylarında rayon büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 14531,2 min manat təşkil etmişdir. Büdcə gəlirlərinin 4056,3 min manatını və ya 27,9 faizini yerli büdcənin gəlirləri təşkil etmişdir ki, bu göstərici də əvvəlki illə müqayisədə 9,9 faiz çoxdur. Hesabat dövründə rayon büdcəsinin xərcləri 14064,4 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müayisədə 4,0 faiz çoxdur. Hesabat dövründə büdcə profistinin məbləği 466,8 min manat təşkil etmişdir.
Əziz Əzizov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz