Karate üzrə rayon birinciliyi

12 noyabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş karate idman növü üzrə açıq rayon birinciliyi keçirilib.
Karate üzrə rayon birinciliyi 12 noyabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş karate idman növü üzrə açıq rayon birinciliyi keçirilib.
Birinciliyin rəsmi hissəsini İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq tədbir iştirakçılarını salamlayıb, qonaqları rayonumuzda görməkdən məmnunluğunu ifadə edib. Eyni zamanda, o, Konstitusiya gününün qeyd olunma səbəbi və tarixi barədə ətraflı çıxış edib. Ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi yolunda verdiyi saysız töhvələri vurğulayıb. Konstitusiya gününün qeyd edilməsinin də məhz dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən biri olduğunu diqqətə çatdırıb.
Karate üzrə məşqçi-müəllim Bayram Qəhrəmanov çıxışında rayon karateçilərinin çoxsaylı uğurları barədə məlumat verib. Bu yarışda da iştirakçılara qələbə sevinci arzulayıb.
İsmayıllı Olimpiya-İdman Kompleksinin direktor müavini Anar Həsənov ölkədə idmana göstərilən qayğıdan bəhs edib, yaradılan gözəl şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
İsmayıllı yetirməsi, Avropa və Dünya çempionu, Bakı komandasının məşqçisi Vüsal Abdullazadə də öz növbəsində iştirakçılara salamlarını və xoş arzularını çatdırıb. Uğura gedən çətin yollar, sınaqlar barədə idmançılara fikirlərini açıqlayıb.
Bakı şəhərindən, İsmayıllı, Yevlax və Ucar rayonlarından olan 70 idmançının gərgin mübarizə apardığı yarış komanda üzrə keçirilib.
I yerə İsmayıllı, II yerə Bakı, III yerə Yevlax komandası çıxıb. Qalib gələn komandalar İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz