Mini futbol üzrə rayon birinciliyi

2 noyabr 2016-cı il tarixdə Olimpiya İdman Kompleksində Gənclər və İdman İdarəsi Olimpiya-İdman Kompleksi ilə birgə 9 Noyabr – Bayraq Günü münasibətilə mini futbol üzrə rayon birinciliyi keçirdi. Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açaraq iştirakçıları salamladı, idmaçılara bayrağımızı daim zirvələrdə dalğalandırmağı tövsiyə etdi, Bayraq Günü münasibətilə təbrik etdi və onlara qələbə qazanmağı arzuladı.
Mini futbol üzrə rayon birinciliyi
Olimpiya-İdman Kompleksinin direktor müavini Anar Həsənov ölkə rəhbərinin idmana olan qayğısından, idmançılarımızın çoxsaylı qələbələrindən geniş bəhs edərək idmançılara uğurlar arzuladı. Rayonun 10 mini futbol komandaları arasında gedən gərgin mübarizədə “Tikinti-27” 1-ci yeri, “Babadağ-2” 2-ci yeri və “Kompleks” komandası 3-cü yeri qazanıb. Qalib komandalar Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldılar.
Kamilə Bağırova

Şərh Yaz