Təbrik edirik

Məzahir Əhmədpaşa oğlu Tapulov Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1986-cı ildən Diyallı kənd orta məktəbində əmək fəaliyyətinə başlayıb.Təbrik edirik
Müxtəlif illərdə şagirdləri respublika fənn olimpiadalarında iştirak edərək yüksək yerlər tutub. 1996-cı ildə Təhsil Nazirliyinin xətti ilə Türkiyə Resbublikasına elmi-praktik konfransa göndərilib. Məzahir Tapulov ömrünün 55-ci dayanacağına çatıb. Onun artıq qarşıdakı illərə “dayaq” olası həyat təcrübəsi var. Dörd övlad atası olan Məzahir müəllimin üç övladı ali təhsillidir. O, qabaqcıl iş təcrübəsinə malikdir. 100-dən çox şagirdi müxtəlif ali məktəblərdə oxuyur.
M.Tapulov 2010-cu ildə Təhsil Nazirliyinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Kollektivdə hörmət sahibi olan Məzahir Əhmədpaşa oğlu Tapulovun 55 illik yubleyidir. Bu münasibətlə məktəb kollektivi və dərs dediyi şagirdlər sevimli müəllimlərini təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırlar. 55 illiyiniz mübarək, Məzahir müəllim!
“İsmayıllı xəbərləri”

Şərh Yaz