Qoy təkrar eyləyim, eşitmədinsə,
Salam, a bərkləşən, daşlaşan, salam.
Min günah işlədib Mədinəyəcən,
Məkkədə şeytanı daşlayan, salam.
Namaz qılıb, oruc tutub bir təhər,
Zəlildən, möhtacdan tutmursan xəbər.
Kimsəyçün deməyib Allahu-Əkbər,
Özüyçün çalışan, işləyən, salam.

Yanaşmırsan eldə yüzdən birinə,
Qoymursan adamı adam yerinə.
Axtarıb isti yer, girib sərinə,
Rahatca, asanca yaşayan, salam.

Qane etmir məni səsin, sorağın,
Salam qaytarmağın, salam almağın.
Oturub üstündə odun, ocağın,
Qaynamayan salam, daşmayan, salam.
Tamam Nur Tağlabiyanlı

Şərh Yaz