Leistus həşəratları

Carabidae fəsiləsinin Leistus cinsindən olan bu həşəratlar torpaq həşəratları sayılır. Bu həşəratlar bitki və heyvan qalıqları ilə qidalanırlar. Bu həşəratların insanlar üçün heç bir təhlükəsi yoxdur. Bu böcəklərin ən kiçik ölçülüsü 1 millimetr, ən iriləri isə 10 santimetr olur. Bədən formaları oval, qara rəngli, ətrafların yuxarı hissəsi tükcüklərlə örtülü olur. Bunlar yaz-payız fəsillərində aktiv olurlar.
Leistus həşəratları
Nəmişlik göstəricisi yüksək, temperaturu çox da yüksək olmayan meşə və dağ zonalarında yayılmışlar. Leistus böcəkləri bir və ya iki ildən bir kütləvi çoxalırlar. Bu həşəratlar günün ikinci yarısı və əsasən axşam saatlarında aktiv olduqlarından elektrik işığına daha çox toplaşırlar.
Rayonun bəzi yaşayış ərazilərində bu böcəklərə rast gəlinsə də son zamanlarda Lahıcda daha çox təsadüf olunmuşdur. Və bu da haqlı olaraq əhalinin narahatçılığına səbəb olmuşdur. Leistus növünə mənsub bu həşəratların Lahıcdakı fəallığı haqqında İsmayıllı rayon GEM-ə məlumat verilmişdir. İdarənin əməkdaşları tərəfindən lazımi preparatlarla dezinfeksiya işləri aparmışlar. Bu tədbirlər iki gün davam etdirilmiş, əhali arasında maariflənmə işləri aparılmışdır. Görülən işlərin nəticəsi olaraq əhali öz razılığını bildirmişdir. Ehtiyac olarsa, idarənin əməkdaşları yenidən bu işə təhkim olunacaq və təkrar dezinfeksiya işləri həyata keçiriləcəkdir.
S.Baratov,
İsmayıllı rayon GEM-nin entemoloqu

Şərh Yaz