Yaddas kitabcasi

Aşıqla sevinc bölüşdülər

Şirvan aşıq məktəbinin ustad davamçılarından olan Aşıq Yanvar Bədəlov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Fikrində, düşüncəsində həmişə dövlətimizə, ölkəmizin başçısına minnətdar olan İsmayıllı sakinlərinin hər biri bu təltifi özünə verilən dəyər sayır.
Aşıqla sevinc bölüşdülər
23 sentyabr 2016-cı il tarixdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədovanın təşkilatçılığı ilə rayonun bir qrup mədəniyyət işçisi, ictimai fəal Əməkdar aşığı təbrikə getmişdi.
Qədim Tircanın yeni həyatını yaşayan Yanvar Bədəlov təbrikə gələn qrupu – Sevil Əhmədovanı, RİH-nin əməkdaşı Gülər Baxışovanı, dövlət qulluğu veteranı Valeh Salehovu, mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasovu, şöbənin əməkdaşları Lətif Quliyevi, Sahibə Abdullayevanı, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradovu, aşığın şagirdi olmuş xanəndə İsmayıl Abbasovu, RİH başçısının Tircan İƏD-i üzrə nümayəndəsi Əhməd Əhmədovla birgə həyətində qarşıladı.
Ayaqüstü söhbətdə təbrikləri qəbul edən Aşıq Yanvar Bədəlov mədəniyyət, incəsənət sahəsindəki xidmətlərinə fəxri adla böyük qiymət verən Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, təqdimata görə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova təşəkkür etdi.
Г‡ay süfrəsi arxasında qonaqların hər biri fəxri ad sahibini bir daha təbrik etdi. Aşıq Yanvar, Sahibə Abdullayeva və İsmayıl Abbasov birgə və ayrı-ayrılıqda mahnılar oxudular, ustadnamələr, təcnislər, İsmayıllıya həsr olunmuş şeirlər dedilər.
Aşıq Yanvarın ailəsi qonaqlarla birgə təltifdən və ona görə saysız təbrikdən yaranan xoş bir ovqat yaşadı. İsmayıllıya, ismayıllılara arxa duran Prezident İlham Əliyevə minnətdarlıq edildi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz