“Bilik günü” sevinclə qeyd olunub

Cülyan kənd tam orta məktəbində 247 şagird təhsil alır. Keçən tədris ilində 25 nəfər onbirinci sinifi bitirib. Onlardan 12 nəfəri universitetlərə qəbul olunmaq üçün sənəd verib, 8 nəfəri tələbə adını qazanıb. Bu abituriyentlərin 5 nəfəri 600-dən yuxarı bal toplayıb. Test imtahanlarında nəticələri 690 bala çatan Taleh Ağayev Prezident təqaüdünə layiq görülüb.
“Bilik günü” sevinclə qeyd olunub
Təntənə ilə qeyd olunan “Bilik günü”ndə bu və digər uğurlar, dövlət təhsil siyasətinin verdiyi bəhrələr, qarşıda duran daha möhtəşəm vəzifələr barədə tam orta məktəbin direktoru Eyvaz Mürsəlov, dövlət qulluğu və təhsil veteranı Valeh Salehov, tarix müəllimi İxtiyar Şabanov, hazırlıq sinfinin müəllimi Rübabə Qarayeva, riyaziyyat müəllimi Rafiq Orucov danışıblar.
Gənc valideyin Teymur Piriyev müəllimlərə təşəkkür, şagirdləri təbrik edib.
Г‡ıxış edənlər təhsilə göstərdiyi diqqət və qayğıya, İsmayıllıya verdiyi böyük dəyərə, rayonun inkişafına göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, rayon icra hakimiyyətinin rəhbərliyi ilə bütün rayon əhalisi dövlət siyasətinin hər bir istiqamətinin davamlı olaraq həyata keçirilməsinə məsuliyyətlə yanaşır. Aparıcı qüvvə olan təhsil sisteminin mənsubları bu prosesdə daha fəal inkişaf etməyi özlərinə borc bilirlər.
Bu fikirlər hər bir məktəbdə təntənə ilə keçirilən “Bilik günü”ndə səslənib.
Bir məzunu (Ağalətif Lətifov) 700 bal toplayan İsmayıllının 68 ümumi və tam orta məktəbində “Bilik günü” ən yüksək uğurlardan yaranan sevinclə qeyd olunub. 300 nəfərə yaxın məzun universitet tələbəsi olub. 28 nəfər 600-dən yuxarı bal toplayıb, 2 nəfər Prezident təqaüdünə layiq görülüb. Bütün Respublika müsabiqələrində, yarışlarında, olimpiadalarında İsmayıllı şagirdləri mükafata layiq yerlər tutublar.
Şəhər 2, 5, 6 nömrəli, Lahıc qəsəbə, Sumağallı, Təzəkənd, Qalınçaq, Buynuz, Diyallı kənd tam orta məktəbləri və digər təhsil müəssisələri öz yüksək nəticələri ilə daha çox fərqləniblər.
2016-2017-ci tədris ilində İsmayıllı məktəblərində 11400 şagid təhsil alacaq. Onların 970 nəfəri məktəbə hazırlıq siniflərində oxuyacaq.
Rayon icra hakimiyyəti təhsil şöbəsi ilə birgə yerlərdə təhlillər aparıb, ehtiyaclı ailələrdən olan şagirdləri müəyyənləşdirib və onları məktəbli forması ilə təmin edib.
Tam və ümumi orta məktəblərdə birinci dərslər “Mənim vətənim, doğma yurdum” mövzusunda keçirildi.
“Bilik günü” bir daha göstərdi ki, İsmayıllı məktəbləri dövlət təhsil siyasətini daha müvəffəqiyyətlə həyata keçirilməsi əzmindədir
Gülnarə Mirzəliyeva

Şərh Yaz