Yaddas kitabcasi

Sosial rahatlığa sahib olmaq üçün

6 sentyabr 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yeniyol kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüş-qəbulda M.Sadıqov sakinlərə respublikada və rayonda görülmüş işlərdən söz açıb.
Sosial rahatlığa sahib olmaq üçün
Sosial rahatlığa sahib olmaq üçün
Başçı həmçinin, möhtərəm prezidentimiz İlham Əliyevin rayona səfəri zamanı verdiyi tövsiyə və tapşırıqlarla əlaqədar görüləcək işlər barədə geniş məlumat verib. M.Sadıqov kənd sakinlərini, xüsusilə də gəncləri işgüzarlığa, yerli şəraitə uyğun, gəlir gətirə biləcək yeni istehsal sahələri açmağa və bununla da öz güzəranlarını yaxşılaşdırmağa dəvət edib.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Г‡ıxışlarda Lahıc-İsmayıllı yolu ilə kəndi birləşdirən yolun asfaltlaşdırılması xahiş olunub. Həmin yol iki il əvvəl Kənd İnvesyisiya Layihəsinin vəsaiti hesabına yüksək səviyyədə təmir edilib.
Sevindirici haldır ki, ölkədə, rayonda gedən sosial inkişafın nəticəsi olaraq, bu gün kənd sakinləri böyük mərkəzlərdə olan rahatlığı qapılarında görmək istəyirlər. Bu cür istək təbii haldır. İnsanlar yaşadıqları yerlərdə arzuladıqları sosial rahatlığa sahib olmaq üçün yalnız sifarişçi deyil, həm də bu sahədə görüləcək işlərin icraçısı olmalıdırlar. Belə olduqda daha qısa vaxtda əlçatmaz görünən arzuları da gerçəkləşə bilər.
Kənddə tibb məntəqəsinin və uşaq bağçasının tikilməsi, yararsız hala düşmüş bir neçə elektrik dirəyinin dəyişdirilməsi barədə də fikirlər səslənib.
RİH başçısı M.Sadıqov qeyd olunan məsələlərin həlli ilə bağlı aidiyyəti orqanlara müvafiq tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz