Yaddas kitabcasi

Ənənəvi iş sahələri bərpa olunmalıdır

Təzəkənd İsmayıllı rayonunun böyük və inkişafda olan kəndlərindən biridir. Kəndin Muğanlı-İsmayıllı magistral yolunun kənarında olması onun inkişafında rol oynayan vacib amillərdən biridir. 1674 nəfər əhalisi olan kənddə 320 ev var. Təsərrüfatların sayı 555-dir. Sonuncu rəqəm göstərir ki, kəndin inkişaf perspektivi o qədər də ürəkaçan deyil.
Ənənəvi iş sahələri bərpa olunmalıdır
6 sentyabr 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Təzəkənd kəndində keçirdiyi səyyar görüş-qəbulda əvvəlcə burada yaşayanların zəhmətkeşliyindən, elmə, təhsilə münasibətlərinin yüksək olmasından söz düşüb. Daha sonra son bir ildə görülən işlər barədə qısa məlumat verən RİH başçısı görülmüş işlərdə təzəkəndlilərin də zəhmət payı olduğunu vurğulayıb. Burada bir vaxtlar maldarlıq, üzümçülük, taxılçılıq, tütünçülük və baramaçılığın yüksək gəlir gətirən ənənəvi iş sahələri olduğunu qeyd edib və bu istiqamətdə işlərin yenidən qurulmasının əhəmiyyəti barədə danışıb. Həmin sahələrin bərpa olunmasının vacibliyini qeyd edib. Torpaqlardan səmərəli istifadə söhbətin mövzusu olub.
Sakinlər çıxışlarında İsmayıllı-Basqal 35 kilovoltluq elektrik xəttinin kənd daxilindən çıxarılmasını, yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz olunmasını, kənd daxilinə daha güclü elektrik transformatorunun qoyulmasını, tibb məntəqəsi və klub binasının tikilməsini, eləcə də, Təzəkənd kəndinə giriş yollarının asfaltlaşdırılmasını xahiş ediblər.
Sakinləri diqqətlə dinləyən M.Sadıqov yerindəcə kənddaxili yararsız elektrik dirəklərinin qısa müddətdə dəyişdirilməsi ilə bağlı tapşırıq verib. Qaldırılan digər problemlərin də tədricən –“ maliyyə imkanları yarandıqca aradan qaldırılacağını bildirib.
Ş.Soltanov

Şərh Yaz