“Sülh aylığı” çərçivəsində tədbir

6 sentyabr 2016-cı il tarixdə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.
“Sülh aylığı” çərçivəsində tədbir
“Sülh aylığı” çərçivəsində tədbir
Tədbiri giriş sözü ilə Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi, məktəbin direktoru Elçin Məmmədov açıb və “Sülh aylığı”nın mahiyyəti barədə məlumat verib.
Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov çıxış edərək “Beynəlxalq Sülh Günü”nün təsis edilmə tarixindən, ölkəmizdə “Sülh aylığı” tədbirlərinin müsbət nəticələrindən danışıb.
Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və tarix müəllimləri iştirak ediblər. Diskussiya şəklində qurulmuş müzakirələrdə şagirdlər bir sıra məsələlərə hüquqi müstəvidə münasibət bildiriblər. Şagirdlər bu qəbildən olan tədbirlərin mütəmadi keçirilməsinin faydalı olması barədə də fikir söyləyiblər.
Sonda RİH-nin rəsmisi X.Abbasov, məktəbin tarix müəllimi Bəxtiyar Fərəcov müəllim və şagirdlərin qarşısında çıxışlarından əlavə iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Sevinc Mirzəyeva,
məktəbin müəllimi

Şərh Yaz