Yaddas kitabcasi

Mehmanxana və mehmanxana tipli məssisələrin fəaliyyəti haqqında

2016-cı ilin birinci yarısında İsmayıllı rayonunda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin ümumilikdə nömrə tutumu 320 nömrədən ibarət olmuşdur. Bu dövrdə istirahət mərkəzlərində yerləşdirilmiş şəxslərin sayı 2723 nəfər təşkil etmişdir ki, onların da 124 nəfəri xarici ölkə vətəndaşlarıdır. Xarici ölkə vətəndaşları əsasən Almaniya, Belçika, Fransa, İspaniya, İtalya, Г‡exiya, Türkiyə və MDB ölkələrindən gələn turistlər olmuşdur.
2016-cı ilin birinci yarısında mehmanxana və mehmanxana tipli müəssisələrdə orta hesabla 90 nəfər işçi çalışmışdır. Bu tip müəssisələrin 6 ayda ümumi gəlişi 148,1 min nəfər təşkil etmişdir.
Bu ilin may-iyun aylarında havaların həddən çox yağışlı keçməsi rayona istirahət üçün gələn turistlərin sayına mənfi təsir göstərmiş olsa da, bəzi istirahət mərkəzləri ilkin uçotun aparılmasında dolğun məlumatların təqdim edilməsi üçün kifayət qədər dürüst məlumat təqdim etməmişdir. Nəticədə, rayon üzrə yekun məlumatlar əldə olunarkən tam reallıqlar öz əksini tapmamışdır.
Simran Aydınov,
İsmayıllı Rayon Statistika İdarəsinin sektor müdiri

Şərh Yaz