Komitə sədri qəbul keçirib

25 avqust 2016-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsmayıllıda qəbul keçirib. Qobustan, Ağsu, Şamaxı, Qəbələ və İsmayıllıdan gələn vətəndaşlar Heydər Əliyev Mərkəzində qəbul edilib.
Komitə sədri qəbul keçirib
Qəbulda qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, təhsil, gender proqramı ilə əlaqədar məsələlər qaldırılıb, xüsusilə qadınlar üçün iş yerlərinin açılmasına, əlillik dərəcələrinin və ünvanlı sosial yardımların verilməsinə diqqətin artırılması xahiş olunub.
İsmayıllıdakı Ailə və Uşaqlara Dəstək Mərkəzi üçün binanın tikilməsi xahiş edilib.
Qəbuldan sonra Komitə sədri bir qrup qadınla görüşüb, onları düşündürən məsələlər barədə söhbət aparıb, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinin zəruriliyindən danışıb.
Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova iştirak edib.
Sonda qonaqlar “Turizm bazarı” ilə yaxından tanış olublar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz