Lahıc qəsəbəsi və Lahıcətrafı kəndlərin sakinlərinin nəzərinə!

“Sənədsiz məktəbli qalmasın” aksiyası Lahıcda
2016-cı il Azərbaycan Respublikası Prezidenti tərəfindən “Multikulturalizm ili” elan olunması münasibəti ilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədi ilə “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Həmrəylik düşərgəsi” həyata keçiriləcək.
Lahıc qəsəbəsi və Lahıcətrafı kəndlərin sakinlərinin nəzərinə!
“ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən düşərgə, 20-25 iyul tarixlərində Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan sənətkarlıq sahəsənin yaşadığı qədim Lahıcda baş tutacaq.
Düşərgə çərçivəsində bir sıra sosial aksiyalar keçiriləcək ki, bunlardan biri də “Sənədsiz məktəbli qalmasın” aksiyasıdır.
Bu aksiya çərçivəsində Səyyar “ASAN xidmət” vasitəsilə qəsəbə və qəsəbə ətrafında yaşayan məktəblilərə şəxsiyyət vəsiqələrinin verilməsi həyata keçiriləcək. Məktəblilər valideynləri ilə birlikdə Səyyar “ASAN xidmət”ə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini qısa zamanda ala biləcəklər.
Əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etmək olan bu aksiya çərçivəsində məktəblilər şəxsiyyət vəsiqəsinin alınması üçün lazım olan tibbi müayinə arayışı da ala biləcəklər.
“ASAN Könüllüləri” təşkilatı və Sağlam ailə tibb mərkəzinin birgə təşkilatçılığı ilə 16 yaşadək olan məktəblilər zəruri tibii arayışı ödənişsiz ala biləcəklər.
Lahıc qəsəbəsi sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə səyyar formada xidmət göstərilməsi ilə əlaqədar aşağıda adıçəkilən sənədlərin təqdim olunması zəruridir:
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi qanuni nümayəndəsi (valideyni) müraciət etdikdən sonra aşağıdakı sənədlər əsasında verilir:
* Ərizə-anket;
• Doğum haqqında şəhadətnamə (əsli ilə birlikdə 1 ədəd foto surəti);
• Qan qrupu haqqında tibbi arayış və ya elektron sağlamlıq kartı;
• Qanuni nümayəndənin (valideyni) hüquqlarını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi əsli ilə birlikdə 1 ədəd foto surəti).
16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:
Lahıc qəsəbəsi və Lahıcətrafı kəndlərin sakinlərinin nəzərinə!
• Ərizə-anket (ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə bir qayda olaraq valideynlərdən biri və ya qanuni nümayəndəsi ilə birgə imzalanır);
• Şəxsiyyət vəsiqəsi (olduğu halda) və doğum haqqında şəhadətnamə;
• Şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikahın bağlanması haqqında şəhadətnamə, nikah pozulduqda nikahın pozulması haqqında şəhadətnamə;
• Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
• Tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);
• 2 ədəd fotoşəkil (bir neqativdən eyni ölçüdə çıxarılmış (rəngli 3×4), sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkil);
• Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
• Şəxsiyyət vəsiqəsini almaq üçün şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, qanuni nümayəndənin (valideynlərinin) hüquqlarını təsdiq edən sənədi;
• İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (çağırışçılar və hərbi vəzifəlilər).
• 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.
Dövlət rüsumunun məbləği:
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
* on gün müddətində verildikdə və ya dəyişdirildikdə – 5 manat;
* üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 25 manat;
* bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 35 manat.
ASAN xidmət

Şərh Yaz