Açıq havada kitabxana

İsmayıllı şəhərinin mərkəzi meydanında salınmış “Sənətkarlıq bazarı” rayona qonaq gələnlərin böyük marağına səbəb olub. Sevindirici hallardan biri bu bazarın İsmayıllı Rayon Mərkəzi Kitabxanasının binası ilə üzbəüz olmasıdır. Yaranmış imkandan istifadə edib burada tez-tez kitab sərgiləri, açıq havada oxu saatları təşkil edirik.
Açıq havada kitabxana
Qonaqların davamlı gəlişini nəzərə alıb iyul ayının 13-dən MKS qarşısında “Mütaliə həftəsi” kitab sərgisi təşkil olunub. Tədbirin keçirilməsində məqsəd rayon əhalisinin kitaba olan marağını artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirməkdir. Sərgidə son illər İsmayıllı rayon MKS-nin fonduna daxil olmuş yeni kitablar, yerli yazarların kitabları nümayiş etdirilir. Açıq havada təşkil olunan kitabxana xidməti oxucular tərəfindən maraqla qarşılanıb.
Turanə Əzizova

Şərh Yaz