Əmlakın yanğından və digər risklərdən sığortası

1. Bu sığorta Qaydaları ilə yanğın, ildırım, partlayış nəticəsində sığortalanmış əmlaka dəyən maddi zərərə sığorta məbləği həddində təminat verilir.
2. Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu daşınan və ya daşınmayan əmlakdır.
Əmlakın yanğından və digər risklərdən sığortası
Əmlakın yanğından və digər risklərdən sığortası
3. Aşağıdakı hadisələrə görə dəyən zərər əlavə razılaşmaya uyğun olaraq və əlavə sığorta haqqı ödəmək şərti ilə sığorta təminatına daxil edilə bilər: tətil, lokaut, iğtişaş, terror, zəlzələ və vulkan püskürməsi, sel və su basması, yer sürüşməsi, qar ağırlığı, fırtına, daxili su və tüstü, nəqliyyat vasitələrinin sığortalanmış predmetə dəyməsi, yanğın və partlayış üzrə mülki məsuliyyət.
4. Sığorta müqaviləsi bağlandığı zaman əmlakların dəyəri sığortalı və sığortaçı tərəfindən razılaşdırılmış məbləğdə müəyyən edilir.
5. Səğorta məbləği sığortalanmış əmlak dəyərindən çox olarsa, sığortanın bu dəyərdən artıq olan hissəsi hüquqi qüvvəyə malik deyildir.
Dövlət Sığorta Şirkətinin İsmayıllı Rayon Şöbəsi

Şərh Yaz