Futbol üzrə rayon birinciliyi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə İsmayıllı rayon İcra Hakimiyyətinin təsdiq etdiyi fəaliyyət proqramına uyğun olaraq rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə futbol üzrə rayon birinciliyi başlanıb. Г‡empionatın açılış tədbiri şəhər stadionunda keçirilib.
Futbol üzrə rayon birinciliyi
RGİİ-nin rəisi Taleh Salehov tədbiri açaraq deyib ki, bu il gənclər futbola daha həvəslidir. Yarışa 17 komanda qoşulub. Yarışlar dövri sistemdə, bazar günündən başqa 2 aya yaxın müddətdə hər gün təşkil olunacaq. Şəhər, Hacıhətəmli, Mollaisaqlı , Topçu və Təzəkənd ərazilərindəki stadionlarda keçiriləcək.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rövşən Yəhyayev çıxış edərək idmanın bütün növlərinin, xüsusilə futbolun inkişafı ilə əlaqədar rayon İcra Hakimiyyətinin həyata keçirdiyi səmərəli tədbirlərdən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Г‡empionatın ilk oyunu Qubaxəlilli və Hacıhətəmli bələdiyyəsinin komandaları arasında keçirilib. Futbolla daha müntəzəm məşğul olan Hacıhətəmlinin “Tufan” komandası qələbə qazanıb.
Taleh Məhərrəmov

Şərh Yaz