Yaddas kitabcasi

Maariflənmə hər zaman vacibdir

Zərərli vərdişlərə, narkomaniyaya və erkən nikaha yox deyək, hüquq və vəzifələrimizi tanıyaq çağırışları çərçivəsində Kürdmaşı kənd mədəniyyət evində Rayon İcra Hakimiyyətinin, Dövlət Təhlükəsizlik Xidmətinin İsmayıllı Rayon Şöbəsinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə, narkomaniyaya və erkən nikaha yox deyək, hüquq və vəzifələrimizi tanıyaq” mövzusunda tədbir keçirilib.
Maariflənmə hər zaman vacibdir
Tədbirdə Kürdmaşı kəndinin fəal sakinləri, məktəblilər, müəllimlər, Rayon İcra Hakimiyyəti başçısının kənd İƏD-i üzrə nümayəndəliyinin əməkdaşları və bələdiyyə üzvləri iştirak edib. Tədbir əsasən diskusiya şəklində aparılıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev zərərli vərdişlər və onunla mübarizə metodları barədə geniş məlumat verib. RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov “İnsan hüquqları aylığı”nın mahiyyətindən, hüquq və vəzifələrdən danışıb, məktəblilərlə sual-cavab şəklində söhbət aparıb.
DTX-nin rayon şöbəsinin rəis əvəzi Zeynal Zeynalov da mövzu ilə bağlı bir sıra mühüm məsələlərə toxunub. Dini radikalizm, dini cərəyanların əks təbliğatının mənfi nəticələri barədə məlumat verən Z.Zeynalov narkomaniyanın fəsadlarına da toxunub. Rayon Polis Şöbəsinin əməkdaşı –“ azyaşlılar üzrə baş inspektor Əbülfət Yarıyev isə “Erkən nikaha yox deyək!” mövzusunda çıxış edib. Ümumilikdə, tədbir diskusiya şəklində keçib. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz