Yaddas kitabcasi

Balaca şahmatçımız Praqaya gedəcək

Rayonun sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlərlə yanaşı digər sahələrdə qazanılan nailiyyətlər də sevincimizi artırmaqdadır.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 01-11 iyun 2016-cı il tarixlərdə, Bakı şəhərində, 8 yaşa qədər qızlar arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilib.
Balaca şahmatçımız Praqaya gedəcək
Finala vəsiqə qazanmış şahmatçılar sırasında 5 nömrəli tam orta məktəbinin şagirdi, rayonumuzu təmsil edən 8 yaşlı Gülşən Allahverdiyeva uğurlu nəticə göstərərək II yeri tutub.
Bu nəticə ilə G.Əliyeva özünü avqust ayında Г‡exiyanın Praqa şəhərində keçiriləcək Avropa çempionatına vəsiqə ilə təmin edib. Məktəbimizi, rayonumuzu, eləcə də respublikamızı beynəlxalq aləmdə tanıdan idmançımıza qarşıdakı yarışmada hamımızı sevindirəcək qələbə qazanması ümidi ilə uğurlar arzulayırıq.
Mənsubə Vahabzadə,
şəhər 5 nömrəli tam orta məktəbinin XI sinif şagirdi

Şərh Yaz