Körpə fidanlara uğur olsun

Məktəbəqədər hazırlıq təhsilin ilkin pilləsidir. Kiçik yaşlı uşaqların hazırlıq qrupunda qazandıqları bilik və təcrübələr onların gələcək məktəb həyatına müsbət təsir göstərir, əsil şagird kimi formalaşmasına kömək edir. Məktəbəqədər təhsil görmüş uşaqların təlimə münasibətləri də məktəbə, elmə, təhsiləyanaşmada yaxşı mənada özünü göstərir.
Körpə fidanlara uğur olsun
Şəkildə gördüyünüz balalar uşaq bağçası ilə yenicə vidalaşıblar. Sentyabr ayında İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbinin birinci sinfinə qədəm qoyacaq fidanları təbrik edir, onlara təhsildə uğur qazanmaqlarını arzulayırıq.
Ülviyyə İsrafilova

Şərh Yaz