Öyrəndiklərini nümayiş etdiriblər

Təhsil ilinin sonuna yaxın Xanagah kənd ümumi orta məktəbində birincilərin “Əlifba“ bayramı keçirilib.
Tədbir Azərbaycan bayrağının gətirilməsi ilə başlayıb. Uşaqlar öyrəndikləri şeirləri əzbər söyləyib, oxuduqları nağıllardan səhnəciklər göstəriblər. Balacaların ifasındakı rəqslər tədbiri daha da canlı edib.
Sinifin şagirdləri il ərzində öyrəndiklərini böyük həvəslə nümayiş etdirməyə çalışıb, əvəzində alqışlar qazanıblar.
Öyrəndiklərini nümayiş etdiriblər
Tədbirdə iştirak edən valideynlər qısa müddətdə balaca məktəblilərə verdiyi təlim və tərbiyəyə görə sinif rəhbəri Aynur Camalovaya təşəkkür və minnətdarlıqlarını bildirib, onlara yüksək zirvələr fəth etməyi arzulayıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz