Multikultural dəyərlər və azərbaycançılıq

“Multikultruralizm ili” ilə əlaqədar olaraq respublikamızda çoxsaylı, müxtəlif xarakterli tədbirlər həyata keçirilir. May ayının 21-də “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda Azərbaycan Respublikası YAP Qadınlar Şurasının İsmayıllı rayonunda regional müşavirə keçirib.
Multikultural dəyərlər və azərbaycançılıq
Multikultural dəyərlər və azərbaycançılıq
Şirvan zonası üzrə – İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Göyçay, Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarını əhatə edən regional müşavirədə 300 nəfərə yaxın qadın YAP üzvü, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə müşavirəyə qatılan rayon Qadınlar Şurası sədrləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar İsmayıllı Tikiş Fabrikində qadınlar üçün yaradılan iş şəraiti ilə tanış olublar.
Müşavirə iştirakçılarını rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov salamlayıb və onları İsmayıllıda görməkdən məmnun olduğunu ifadə edib. Belə bir tədbirin keçirilməsi üçün İsmayıllını məkan seçdiyinə görə YAP İdarə Heyəti üzvü, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevaya minnətdarlığını bildirib və rayondakı sosial-iqtisadi inkişaf, eləcə də mənəvi quruculuq barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Müşavirəni YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O, salamladıqdan sonra sözü YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevaya verib. N.Əliyeva “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda məruzə edib.
Millət vəkili, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyevanın, YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanovanın, millət vəkili, Respublika YAP Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynovanın, YAP Şamaxı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülnisə Ələkbərovanın, YAP Göyçay rayon təşkilatı Qadınlar Şurasının sədri Zivər Zeynalovanın, YAP Ağsu rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Sevil Mirzəliyevanın, YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyevanın, YAP qadınlar Şurası İdarə Heyətinin üzvü, Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamella Şahbazovanın çıxışları maraqla qarşılanıb.
Müşavirə dövlət başçısı, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevə minnətdarlıq, torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmi ilə yekunlaşıb.
Murad Məhərrəmov

Şərh Yaz