Peşə bayramını qeyd etdilər

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilk gündən ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi və bərpası, hidrometeroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir.
Peşə bayramını qeyd etdilər
Öz peşə bayramını qeyd edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları – Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin, Şahdağ Milli parkının İsmayıllı rayonu üzrə nümayəndəliyinin və Hidrometeorologiya müəssisəsinin kollektivləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar və xatirə şəkli çəkdiriblər.
Sonra həmin müəssisələr iməcilik keçiriblər, özləri tərəfindən salınmış yaşıllıq zolaqlarında əkilmiş ağaclara aqrotexniki qulluq işləri aparıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz