Yaddas kitabcasi

Səyyar görüş-qəbul keçirilib

May ayının 11-də şəhər 5 nömrəli tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun növbəti səyyar görüş-qəbulu keçirilib. Prezident aparatının məsul işçisi Elman Paşayevin də iştirak etdiyi qəbulda məktəbətrafı ərazidə yaşayan şəhər sakinləri olublar.
Səyyar görüş-qəbul keçirilib
RİH başçısı M.Sadıqov öncə respublikada, eləcə də rayondakı mövcud vəziyyətlə bağlı fikirlərini səsləndirib. Başçı əhalinin sosial durumunun yaxşılaşdırılmasına səbəb ola biləcək məsələlərə – işsizliyin aradan qaldırılmasına, faydalı əməklə məşğulluğa, torpaq sahələrindən səmərəli istifadəyə münasibət bildirib.
Səyyar görüş-qəbul keçirilib
Г‡ıxışlarda məktəbətrafı ərazidə, ümumilikdə şəhərin 30-cu məhəlləsindəki problemlər diqqətə çatdırılıb. Bəlli olub ki, ərazidən keçən su kanalının üzərindəki dəmir körpü təhlükəli vəziyyətdədir. Məhəllədə təzə tikilmiş evlərə qaz çəkilməyib. Müxtəlif materiallardan olan elektrik dirəklərinin müasir dirəklərlə əvəzlənməsinə, küçələrin asfaltlaşdırılmasına ehtiyac vardır. Narahatlıq doğuran məsələlərdən biri də məktəblilərin Bakı-Qəbələ magistral yolundan məktəbə və ya məktəbdən evə getməsində keçidsizlikdən yaranan təhlükədir.
Vətəndaşların müraciətləri əsasında rayonun qəbulda iştirak edən aidiyyəti idarə-müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Ş.Soltanov

Şərh Yaz