Yaddas kitabcasi

İsmayıllıda “Kitab bayramı”

Azərbaycanı Beynəlxalq aləmə qovuşduran ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93 illiyi silsilə tədbirlərin yekunu olaraq 10 may 2016-cı il tarixdə “Kitab bayramı” ilə qeyd olunub.
İsmayıllıda “Kitab bayramı”
Əliyev Mərkəzinin qarşısındakı geniş meydanda ümummilli liderin kitabları, ona həsr olunmuş kitablar, mədəniyyət və turizm şöbəsinə aid müxtəlif məzmunlu nəfis tərtibatlı çap məhsulları nümayiş etdirilib. Gənclərin yaratdığı “Kitab klubu” və şəhər 1 nömrəli tam orta məktəb icmasının qalib gəldiyi qrant layihəsi əsasında alınan nəşrlər sərgidə xüsusi maraqla qarşılanıb.
“Kitab klubu”nun daimi satış-sərgisinin fəaliyyət göstərməsi qərara alınıb.
Uşaq bağçalarının, folklor qruplarının və bir neçə məktəbin yaradıcılıq nümunələri, Ulu öndər haqqında deyilmiş şeirlər, oxunan mahnılar “Kitab bayramı”na xüsusi zənginlik gətirib.
Sərginin açılışında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edib. Kitab sərgisi bir neçə saat davam edib.
İsmayıllıda “Kitab bayramı”
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bütün sərgini diqqətlə nəzərdən keçirib, kitab təbliği və ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji irsinin öyrənilməsi ilə əlaqədar məsləhətlər verib.
Gülər Baxışova

Şərh Yaz