Səmərəli məşğulluğun təmin edilməsi

Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq 3 may 2016-cı il tarixdə İsmayıllı rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Səmərəli məşğulluğun təmin edilməsi
Tədbirdə rayonun idarə, müəssisə, həmkarlar təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak edib.
52 nəfərin iştirakı ilə keçən dəyirmi masanı giriş sözü ilə Mərkəzin direktoru Həsən Həsənov açıb. O, müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsindən, bu sahədə mövcud olan problemlərdən və problemlərin həlli yollarından, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Qadir Abduləzizov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının uğurla icra olunması üçün məqsədyönlü işlər görüldüyündən, vətəndaşların aktiv əmək bazarı proqramlarına cəlb olunması məsələsinə xüsusi diqqət yetirildiyindən və bu məqsədlə müvafiq təhlillər aparıldığından danışıb.
Tədbirdə İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, “Xoşbəxt-X” Kiçik Müəssisəsinin rəhbəri, sahibkar Ruhiyyə Süleymanova, Rayon Mədəniyyət və Turizm Şöbəsinin aparıcı məsləhətçisi Lətif Quliyev, Gigiyena və Epidemiologiya Mərkəzinin baş mühasibi Rövşən Abdullayev, “Gülüstan –“Xalça” MMC-nin direktoru Dilşad Hüseynova və Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Cavanşir Abbasov çıxış edərək mövzunun aktuallığından, məşğulluq sahəsindəki problemlər barəsində və bu problemlərin həlli yolları barəsində tədbir iştirakçılarına öz fikirlərini söyləyiblər.
Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində dəyirmi masa iştirakçılarının rəy və təklifləri ümumiləşdirilərək Dövlət Məşğulluq Xidmətinə təqdim ediləcəkdir.
İşgüzar şəraitdə keçən dəyirmi masada tərəfləri maraqlandıran suallar cavablandırılıb.
Elnarə Günəş

Şərh Yaz