Siyasəti bəyənir, qürur duyuruq

Aprel ayının 13-də İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov Ruşan kəndinin sakinləri ilə görüşüb. Görüş-qəbulun keçirilməsində məqsəd yaşayış məntəqəsinin mövcud vəziyyəti ilə yerində tanış olmaq, narahatlığa səbəb olan məsələlərin aradan qaldırılması yollarını birgə araşdırmaq olub. Ruşan inzibati ərazi dairəsi ilə bağlı arayışla tanışlıqdan sonra bəlli olub ki, sakinləri ən çox narahat edən məsələ kənddə təbii yanacağın olmamasıdır.
Siyasəti bəyənir, qürur duyuruq
Elektrik xətlərinin nasazlığı da həllini gözləyən məsələlərdəndir. Sakinlər kənddə yeni məktəb, mədəniyyət evi, tibb məntəqəsi üçün binaların tikilməsini arzuladıqlarını bildiriblər.
Sakinlər çıxışlarında Ruşan kəndinə çəkilmiş asfalt yola görə ölkə Prezidentinə minnətdarlıq ediblər. Onlar həmçinin, son günlərin cəbhə xəttində məlum vəziyyətlə bağlı Prezidentin yürütdüyü siyasəti bəyəndiklərini yüksək qürur hissi ilə qeyd ediblər.
Başçı görüşdə qaldırılan məsələlərin həlli barədə xidmət təşkilatlarına göstərişlər verib. Sakinlərin istək və arzularının gerçəkləşməsi üçün əsaslı işlər görüləcəyini bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz